Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2024

NƏ GÖZƏLDİR

Hüseynin eşqində yanmaq, nə gözəldir,
Öz adım yaddan çıxıb məşuqu anmaq, nə gözəldir,
Gərçe gözləri cənnətdən gözəl Yara həsrətəm,
Aşiqə fərqi yox kəfən qara, ya ağ nə gözəldir.

Di kəfən istədim, bilmədim dəydi xətrinə,
Yar məktub göndərib qurbanam hər sətrinə,
Qasidin əlləri gül qoxur, bələdəm ətrinə,
Qovuşmaqçün hər imtahan, hər sınaq nə gözəldir.

Vaxtımı böl ikiyə hər gündüzün var gecəsi,
Eşq yarası dərin, həkimlərin qan pəncəsi,
Görüş yeri bəlli, pəncərədə yox pərdəsi,
Yargilə getməyə çil-çiraq, nə gözəldir.

Cəm ola aləmdəkilər, Səni məndən ala bilməz,
Üqbaya nur saçan günəşim heç sola bilməz,
Yanmasa, qəlb sızlamasa, göz dola bilməz,
Beynul-Hərəmeyndə səcdəyə, yaşlı yanaq nə gözəldir.

Ən son anda təkdir Şahım yanında qardaşı yox,
Əlində barmaq kəsilib, bədənində başı yox,
Bu halətə azdı ki, qan damlasın, gözyaşı yox,
Dodaq teşnə, dil susa, qəlbində dağ, nə gözəldir.


1267 dəfə baxılıb
در حال ارسال اطلاعات...