
Sən səadət günəşi, mən soyuqdayam,
Hər harda adın gəlsə, hay-haraydayam,
La məkan olmuşam Kərbəladayam,
Eşqlə yaşayanlara salam olsun!
1400 ildir ki, biz bu yoldayıq,
Cismidə fərq etməz eyni ruhdayıq,
Sənə ləbbeyk söyləyən bir guruhdayıq,
Huseynçi qardaşlara salam olsun
Sənə gələn yolların əvvəlindəyəm,
Libasım bir olub köynəyindəyəm,
Sinə vuranların əllərindəyəm,
İl boyu xeymə quranlara salam olsun!
Həbibim, gəlsə adın göz yaşım mənim deyil,
Səssizcə pıçıldayan ürəyimdir, dilim deyil,
Darıxmaq ki, var silinməyir, silim deyil,
Yanmağa bir ocağa yığışanlara salam olsun!
Dünyanı Sən varsan deyə sevmişəm,
Öz-özumə həm ağlayıb, həm də gülmüşəm,
Heç kəs bilməsin ki, Sənsizləmişəm,
Məhərrəmə gün sayanlara salam olsun!
Aşiqlərin hər ləhzə qovğasındadır,
Namazın əvvəli, axır ortasındadır,
Ləylətul-rəğaib duasındadır,
On iki rəkət qılanlara salam olsun!
Hər kim əgər Hüseynə aşiq olarsa,
Bir ömrü bir göz yaşə yığarsa,
Yəqin etsin, sidq ürəklə çağirsa,
Cavabın alanlara salam olsun!