Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2024

ZİNDANLARIN ŞƏHİDİ

Zindanlarda məhbus olub,
Sibti Rəsul məzlum olub,
Zəhr ilə çün məsmum olub,
Peygəmbərin gül balası,
Babul-Həvaic qapısı.

O, yeddinci İmamımız,
Yoxdu şəkkü- gümanımız,
Olsun ona salamımız,
Dostlarının xoṣ nidası,
Babul-Həvaic qapısı.

Mahi liqa mələk mənzər,
Dilimizdə olub əzbər,
Yalnız münafiqlər bezər,
Hey dolanır səs- sədası,
Babul-Həvaic qapısı.

Dərdimzə şifa odur,
Könlümüzə səfa odur,
Çarəsizə dəva odur,
Həqq əhlinin pür bəhası,
Babul-Həvaic qapısı.

Seyyidlərin mövlasıdır,
Dostlarının ağasıdır,
Özü dinin fədasıdır,
Əhli razın qəm- nəvası,
Babul-Həvaic qapısı.

Ümmətinin Şərifidir,
Amma sitəm nəsibidir,
Zindanların şəhididir,
Abbasinin var cəfası,
Babul-Həvaic qapısı.

Ziyarəti müqəddəsdir,
Nəcabəti müqəddəsdir,
Şəhadəti müqəddəsdir,
Seyyidlərin pak babası,
Babul-Həvaic qapısı.

Musayi Kazim adlanıb,
Qəzəbindən amanlanıb,
Hətta səhvdən cilalanıb,
Məsum, təmizlik aynası,
Babul-Həvaic qapısı.

Seyyid Rövşən duaçıdır,
Sevginə iddiaçıdır,
Qəmində hey əzaçıdır,
Müsibətdir bu əzası,
Babul-Həvaic qapısı.


1121 dəfə baxılıb
در حال ارسال اطلاعات...