Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2024

İMAM ZEYNUL ABİDİN (ə)

İbadət etməkdə nümunə sərvər,
O Zeynul Abidin adı ilə əzbər,
Qəlbləri ovlayan mənəvi dilbər,
Odur haqq əhlinə həqiqi rəhbər,
Ümmətin fəxridir İmami Səccad!
Dostların zikridir İmami Səccad!

Kərbəla şahidi o əziz insan,
Oldu çox bəladən gözləri giryan,
Zülm ilə tutdular beytinə divan,
Amma çox səbr edib məzlumi seyran,
Müsibət bəhridir İmami Səccad!
Dostların zikridir İmami Səccad!

Düşməni tanıyır, dostu da bilir,
Onun kim olduğun tarix qeyd edir,
Haqqında şairlər mədhlər deyir,
İmami məsumdur möminlər sevir,
Fəzilət şəhridir İmami Səccad!
Dostların zikridir İmami Səccad!

Zikrində müdavim, duada daim,
Gecələr abiddir, günüzlər saim,
Həmişə həqq üçün olmuşdu qaim,
Olmadı qəflətdə çoxu tək naim,
Xaliqin lütfüdür İmami Səccad!
Dostların zikridir İmami Səccad!

Yetimə, yesirə olubdur pənah,
İslamın işinə veribdir səlah,
Sahibul xeyirdir, həm babul fəlah,
Şəfaət edəcək bir gün, bir sabah.
Şafiyi yəvmüdür İmami Səccad!
Dostların zikridir İmami Səccad!

Səhifeyi Səccadı qalıb yadigar,
Dualar yolunu qoyub yadigar,
O təqva əhlinə olub yadigar,
Bu eşqi, irfanı alıb yadigar,
Çoxunun eşqidir İmami Səccad!
Dostların zikridir İmami Səccad!

Seyyida, vəsf eylə Zus Səfənatı!
Sahibi möcüzə vəl kəramatı!
Əzbər et, dediyi hər dəəvatı!
Öyrənib, həm öyrət bu kəlimatı!
Əliyyul Övsətdir İmami Səccad!
Dostların zikridir İmami Səccad!


3439 dəfə baxılıb
در حال ارسال اطلاعات...