Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2024

HÜSEYNƏ (ə)

Sevinc qəmdə gizlənib, qəm qəlbimizdə,
Şəhidlər yollanıb nəm gozlərimizdə,
Səs qaldırır hər dəm ürək sinəmizdə,
İlahi, bizə Hüseyni ver, bizləri Hüseynə!

Təbrizim! Gözündən yenə yaş gəlib,
Xorasan Seyyid İbrahimçün cərgələnib,
Mövludu İmam tərəfindən mujdələnib,
Cəm olub dikmişik gözləri Hüseynə.

Biz suda yox, susuzluqdan boğulanlarıq,
"Ya Hüseyncan" deyibən, doğulanlarıq,
Göynəyən, qəlbi titrədən burulğanlariq,
Qəhər kəsən ulğum desin sözləri Huseynə!

Canımızdan keçib cam duzəltmiş idik,
Mövla qədəm qoyan yolları izlətmiş idik,
Kövsərdən nuş etməyə gizlətmiş idik,
Hamı bir nəfərdən istər sizləri Hüseynə.

Bu axşam çətin ki, kimsə getsin yuxuya,
"Gecikdim" deyənlər yaman düşüb qorxuya,
İntizar çəkən şiələr "Ağa əl əcəli" oxuya,
Təqdim olunsun mutməin üzləri Hüseynə!


1768 dəfə baxılıb
در حال ارسال اطلاعات...