Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
 Din nədir?

Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Din – itaət, cəza, mükafat və sair kimi mənaları ifadə edir. Dini termin kimi isə insan və dünyanın yaradanına etiqad bəsləməyə və bu əqidələrə mütənasib olan əməli göstərişlərə deyilir. Deməli, ümumiyyətlə Yaradana inanmayanlar, aləmdə mövcud olan hadisə və varlıqların təsadüfi olaraq yarandığını iddia edənlər, yaxud bunu maddi və təbii proseslərin nəticəsi hesab edənlər dinsiz adlandırılır. Amma kainatın bir yaradanı olduğuna inananlar, hətta əgər onların dini mərasimləri və əqidələri inhiraf və xurafatla yanaşı olsa belə dindar hesab olunurlar. Buna əsasən insanların arasında mövcud olan dinlər haqq və batil olaraq iki yerə bölünür. Haqq din real gerçəkliklə müvafiq və düzgün əqidəyə malik olan bir dindir. O, səhihlik və etibarlılıq üçün kifayət qədər zəmanət verən müəyyən davranış, rəftar və əməlləri tövsiyə və təkid edir.
Allah sizə yar olsun.

3817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP