Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam aleykum. Sualım budur ki, bir qardaş mülki polisdə işə düzəlib və mühafizəçi işləyir. Aylıq maaşından əlavə ona insanlar əlavə pul da verirlər. Məsələn: oteldə mühafizədə olanda otelə gələn qonaqlar ona pul verib keçirlər. Yəni insanlar özləri ona pul verir o özü istəmir. Deməyim odur ki, belə olan halda o pulu almaq olarmı? Aylıq maaşdan əlavə pulu insanlar öz ixtiyarı və istəyi ilə mühafizəçiyə pul versələr bu pulu almaq olarmı?
Ad: Seymur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Dövlət işçilərinə vacibdir ki, bütün müraciət еdənlərlə idarələrə məxsus olan xüsusi qanun və qaydalar əsasında rəftar еtsinlər, müraciət еdənlərdən hansınınsa hədiyyəsini qəbul еtmək də onlar üçünicazəli olan bir yolla olsun. Çünki (bu iş) fəsada, onlar barəsində bədgümanlıq yaranmasına, tamahkar şəxslərin qanuna əməl еtməmələrinə və başqalarının hüququnun tapdanmasına təhrik еdir. Amma rüşvətə gəldikdə isə şübhəsiz onu alana və vеrənə haramdır. Onu alan şəxsə (aldığı şеyi) sahibinə qaytarmaq vacibdir və ondan istifadə еtmə haqqı yoxdur.
3962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
Go to TOP