Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Övladın ata-ana üzərindəki olan haqları barədə məlumat verməyinizi xahiş edirik.
Ad: Ali, Ölkə: , Müctəhid: Ayətullah Fazil

Cavab:
Bismillahir-rəhmanır-rəhim

Övladın ata və ananın üzərində olan haqları bunlardan ibarətdir:

1. Yaxşı rəftar
Ata-anaya yaxşılıq, ehtiram etmək övlada vacib olduöu kimi, ata və ananında övlada qarşı bir sıra vəzifələri vardır. Əgər bu haqq riayət olunmasa, “qohumlarla əlaqə” kəsilmiş olur. Çünki ata və anaya ən yaxın qohum onun övladıdır. Sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsmək böyük günahlardandır. Övlad ata-ananın haqqını yerinə yetirməsə və onların üzünə ağ olsa onun acı nəticələrini gördüyü kimi, ata-ana da övladın haqlarını yerinə yetirmədiyi təqdirdə onun acı nəticələrini görəcəkdir. Ata-ananın övladına qarşı riayət edəcəyi zəruri və əhəmiyyətli məsələlərdən biri budur ki, övladın onların üzünə ağ olmasına səbəb olan işləri görməsinlər.

Məsələn, ona çətin işlər tapşırmaq; o da işin cətinliyinə görə ata-anaya tabe olmur və nəticədə ağvalideyn olur .Yada ki, övladın danışığında və ya rəftarında çoxlu səhvlər tutmaq; o da əksər hallarda ata-anaya qarşı ədəbsizliklə nəticələnir.

Yaxşı rəftar iki şəkildə reallaşır:
a). Məhəbbət göstərmək: Övlada məhəbbət göstərmək tərk olunmamalıdır. Övlada məhəbbət göstərmədikdə, övlad da buna uyğun reaksiya verir. Bəlkə ata-ananın borcudur ki, öz övladına bu mühüm və ilahi vacıb tapşırığı (ata-anaya yaxşılıq və ədəb göstərmək) yerinə yetirməyə kömək etsin və elə mehribanlıq göstərsin ki, övlad üçün ağ olmağa şərait yaranmasın. Məsələn, övladın səhvlərini görməzliyə vursunlar, yaxşılıq və itaətini kiçik olsa da, qəbul edib təşəkkür etsinlər. Həmçinin övladı haqqında onun öz yanında ya qiyabında dua etsinlər.
b).Pis danışığı tərk etmək: Öz uşaqlarınızı söyməyin. Övladlarını pis tərbiyə edib söyüşlə, təhqir etməklə, öz qanunsuz və çirkin əməlləri ilə onları intiqam almağa, günaha və təcavüzə sürükləyən valideyn Allahın əzabına düçar olacaqdır. Allahın rəsulu (s) buyurdu: “Ey Əli! Öz rəftar və danışığı ilə övladının yolunu azmasına və onu ağvalideyn olmağa məcbur edən ata-anaya Allahın rəhməti nəsib olmasın!”

2. Uşaqlarınızın gələcəyini fikirləşin və onların məişətini təmin edin.

Peyğəmərin (s) zamanında Mədinədə müsalmanların biri ölüm yatağına düşmüşdü. Onun dünya malından cəmi 6 nökəri və bir neçə azyaşlı qızı var idi. Elə ki, hiss etdi öləcək nökərləri azad etdi və qızları üçün heç nə qoymadı. Öldükdən sonra onu dəfn etdilər. Onun ölüm xəbərini və yetim qizları haqda Peyğəmbərə (s) xəbər verdilər. Peyğəmbər(s) onun qulları azad etdiyinə görə naraht oldu (zahirdə yaxşı iş görmüşdür, amma əslində öz uşaqlarını fikirləşməmişdi və onları dünya malından məhrum etmişdi) və buyurdu: “Əgər mənə xəbər versəydiniz mən qoymazdım onu müsəlmanların qəbiristanlığında dəfn edəsiniz. Çünki o, öz uşaqlarını dünya malından nəsibsiz qoymuş və onlar fəqir və pənahsız olduqları üçün camaatdan dilənməyə məcbur olmuşlar.”
Bu hədis xüsusi bir hadisəyə aid olsada, ümumi qanun ələ gəlir ki, bütün məsələlərdə insan gərək dolanışıq cəhətdən öz uşaqlarının gələcəyini fikirləşsin.

3.Yaxşı ad qoymaq: Öz uşaqları üçün yaxşı ad seçməlidirlər. Rəvayətdə gəlmiıdir ki, camaat qiyamət günündə yaxşı adlari iləa fəxr edəcəkdir.

4.Təhqir etməmək: Uşaqlarınızı təhqir etməyin!

5.Şövqləndirmək: Uşaqlarnızı mütləq yaxı işlərə şövqləndirin!

6.Tərbiyə etmək və faydalı yol göstərmək: Bütün hallarda ata-ananın borcudur ki, öz layiqli rəftarları ilə uşaqlarını tərbiyə etsinlər və bütün yaxşı və pis işləri onlara tanıtdırsınlar. Məsələn, onları məktəbə göndərsinlər, onlara Quran öyrətsinlər, uşaqlar üçün elm öyrənməyə şərait yaratsınlar.

http://sual.nur-az.com/az/
3492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
Go to TOP