Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
 Salam. Quranın yazılarına hansı halda əl vurmaq olar və hansı halda olmaz zəhmət olmasa ətraflı yazın
Ad: Ölkə: Müctəhid: Ayətullah Xamenei 

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazı olmayan kəsin bədən üzvlərindən birini Quranın yazısına vurması haramdır.

Aşağıdakı sadalanacaq yerlərdə dəstəmazsız olarkən Quranın yazısına toxunmaq haramdır:

1. Quranın yazılarında olan ayələr, kəlmələr, hərflər hətta işarələr arasında belə fərq yoxdur.
2. Kağızda, yerdə, divarda və parça üzərində yazılan Quran yazıları arasında heç bir fərq yoxdur.
3. Quranın təbaşir, çap ya qələm ilə yazılışında heç bir fərq yoxdur.
4. Quran yazısı əgər Quranda olmazsa belə dəstəmazsız halda ona toxunmaq haramdır. Əgər Quranın bir ayəsi digər bir kitabda yazıla ya Quranın bir kəlməsi kağız üzərində öz əksini taparsa, ya da yarımçıq bir kəlmə Quran və digər kitabdan ayrılarsa, yenə də dəstəmazsız ona toxunmaq haramdır.

Qurana toxunmaq hesab olunmayan yerlər

1. Qurana şüşə və plastmas (kapron) bir şeyin üzərindən toxunularsa.
2. Quranın vərəqləri, cildi və yazılarının ətrafına toxunmaq. (Hərçənd bu iş məkruhdur).
3. Quranın istənilən dildə olan tərcüməsi. (Allahın adından başqa, Allahın adı istənilən dilə tərcümə olduqda belə dəstəmazsız ona toxunmaq haramdır “Xuda” kəlməsi kimi.)
4. Quran və qeyri-Quranda müştərək olan sözlər məsələn, “Mömin”, “Əlləzinə”. Əgər bu kimi sözlər Qurandan olan sözlər məqsədilə yazılarsa, o sözlərə toxunmaq haramdır.
3585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.03.25, 13:46
Sərt şillə vurulacaq...
22.03.25, 10:44
Putinin reytinqi şok etdi
15.03.25, 14:45
Allaha doğru düz yol
Go to TOP