Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2021

Başqalarının əməlinə necə baxmaq lazımdır?- Arifin tövsiyəsi

“Lotu bir adam da məst halda “ya Allah” desə...”

Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi irfan və mərifət yolunun yolçularını hidayət etdiyi “Əl-Muraqibat” kitabının bir hissəsində başqalarının yaxşı əməllərinə baxış haqda yazır:

Diqqət etmək lazımdır ki, insan öz əməllərini tamamilə ixlas və sidqlə yerinə yetirməsinə səy etməli, təkcə öz qeyri-xalis əməllərini məhv olmuş, hətta onların günah olduğunu hesab etməlidir. Amma başqalarının etdiyi eyni həmin əməli bihudə və puç hesab etməməlidir. Çünki camaatın əməllərini də elə hesab etsə, bu işin xeyri olmayacaq, üstəlik, əməlin tərk olmasına, xeyir və yaxşı işlərin qapısının bağlanmasına səbəb olacaq. Ona görə də insanın başqalarının əməlləri barədə belə ölçü götürməsi yaxşı deyil. Əksinə, Allah bəndələri ilə onların əməllərinin zahiri qədərində rəftar etmək lazımdır. Digərlərinin əməllərini ölçməkdə meyar Allahın lütfü olmalıdır və başqalarının naqis əməlləri barədə yaxşı gümanda olmalı, o əməlləri Allah dərgahında qəbul olmuş hesab etməlidir. Ümidivar olmalıdır ki, onların əməlləri qeyri-xalis, naqis və qəlb hüzuru olmadan da olsa, Allahın rəhmət və lütfündən məyus olmayacaq. Mütəal Allahın Öz bəndələrinin duasını məhz dua şəkilində qəbul etməsi ağılasığmaz deyil. Bu dua onun mənası barədə heç bir düşünmədən yalnız söz və cümlələri deməkdən ibarət olsa da, yenə Allahın onlarla lütf, kərəm, əvf və güzəşt əsasında davranması mümkündür.

Salik çox-çox diqqətli olmalıdır ki, heç kimi Allahın rəhmətindən məyus etməsin, ya bir kəsin əməl və ibadətlərinin tərk olmasına bais olmasın. Hətta, o əməl və ibadətlər xalis olmasa da. Çünki mümkündür ki, bir əməlin surəti mövcud olsa, ilahi nəsim də ona yetişsə və ona həqiqət bəxş etsə, qəlbin nurlanmasına səbəb olsun. Belə ki, əməl bütünlüklə dəyişər, ibadətinin qəlb hüzuru ilə olmamasına baxmayaraq, o, hidayət olanlardan və nicat tapanlardan olar.

Xülasə, əgər lotu bir adam da məst halda “ya Allah” desə, mənə belə düşünürəm ki, Allah ona cavab verər və onu qəbul edər.
360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP