07 Oktyabr 2021
İmam Rzanın (ə) şəhadəti münasibətilə

İmam Əli ibn Musanın (ə) məşhur ləqəbi Rzadır (ə). Rəvayətdən belə bəlli olur ki, o həzrətin Rza adlanmasının bir neçə səbəbi vardır:
1. O həzrət Allahın asimanda razı olduğu, Peyğəmbərin (s) və məsum imamların (ə) Yer üzündə razı olduğu və bəyəndiyi bir şəxsdir.
2. Şiə və əhli-sünnə, hətta, müxaliflər də ondan razı olmuşlar.
3. O həzrət Allahın razılığına razı idi. Səbr məqamından da üstün olan bu gözəl və dəyərli məqam İmam Rzada (ə) daha açıq-aydın görünürdü.
Qeyd etmək lazımdır ki, bütün məsumlar Allahın razılığına razı olmuşlar, Allah da onlardan razı olmuşdur. Ancaq İmam Rzanın (ə) yaşadığı dövrdə belə bir əxlaqa malik olmaq İslam üçün çox zəruri və dəyərli idi. Ona görə də bu məsələ həzrətdə daha çox büruz etdi, dövrünün mürəkkəb çətinliklərini səbr, tədbir və xüsusi dözümlülüklə həll etdi.
Məmunun İmam Rzanı (ə) Mədinəyə dəvət etməsi
İmam Rza (ə) iyirmi illik imamlıq müddətinin on ilini Harunla bir dövrdə, beş ilini Əminin xilafəti və digər beş ilini də Məmunun xilafəti dövründə yaşamışdır.
İmam Rza (ə) Məmunun xilafəti başlayana qədər öz vətəni Mədinə şəhərində yaşamışdır. Məmun hakimiyyətə gəldikdən sonra öz xəbis məqsədinə çatmaq üçün İmamı (ə) Xorasana çağırdı.
İmam Rza (ə) əvvəl Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun və İmam Rza (ə) arasında çoxlu məktublaşmalar olduqdan və Məmunun təhdidindən sonra nəhayət, o, həzrət Əlinin (ə) nəslindən olan bir dəstə tanınmış şəxslərlə birlikdə Mərv istiqamətində hərəkət etdi.
İmam Rza (ə) Mədinədən çıxmağa hazırlaşanda, qohum-əqrəbasını toplayıb, onlardan onun halına ağlamasını istəmiş və buyurmuşdur: “Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam.”
Sonra Peyğəmbərlə (s) vidalaşmaq məqsədilə o həzrətin məscidinə daxil oldu. İmam (ə) neçə dəfə vidalaşsa da, yenə Peyğəmbərin (s) qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Sistani yazır: “Bu zaman İmamın (ə) yanına gəlib salam verərək onun üçün uğurlu səfər dilədim. İmam (ə) buyurdu: “Mənə yaxşı-yaxşı bax, cəddimin yanından uzaqlaşıb qürbətdə öləcəyəm və Harunun yanında dəfn olunacağam.”
İmam Rzanın (ə) karvanının yola düşməsi
Məmunun göstərişinə uyğun olaraq İmamın (ə) karvanı İrana tərəf yola düşdü. Karvan Nişapura çatdıqda camaat küçələrə axışdı, həzrətin dəvəsinin ətrafına toplaşdılar. Hamı İmamı (ə) gördüyünə görə sevinirdi. Çoxları sevincindən ağlayırdı. Hər kəs İmamla (ə) söhbət etmək, öz sualına cavab almaq istəyirdi. Şəhərin böyükləri həzrəti öz evlərinə dəvət edirdilər.
İmamın paytaxta çatması
İmam Rzanın (ə) karvanı şəvval ayının onunda Mərv şəhərinə çatdı. Şəhərdən neçə fərsəx kənarda Məmun, Fəzl ibn Səhl və Abbasilərdən olan digər əmirlər və böyüklər İmamı (ə) qarşılamağa çıxaraq böyük hörmətlə karvanı şəhərə daxil edirlər.
Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra İmam Rza (ə) ilə Məmun arasında müzakirələr başladı və Məmun həzrətə xilafəti qəbul etməyi təklif etdi. Məmunun əsil məqsədindən xəbəri olan İmam (ə) bu təklifdən ciddi şəkildə imtina etdi. Fəzl ibn Səhl heyrətlə deyir: “Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa Rzaya (ə) verir, o isə hakimiyyəti qəbul etmirdi.”
İmam Rzanın (ə) xilafəti qəbul etməyəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: “İndi ki belədir, onda vəliəhdliyi qəbul et!”
İmam Rza (ə) buyurdu: “Məni bu işdə də üzürlü hesab et.”
Ancaq Məmun bu dəfə İmamın (ə) üzrünü qəbul etməyib, sərt və qəzəbli halda onu hədələyərək dedi: “Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki, əgər vəliəhdlikdən imtina etsən, səni zorla onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən, səni öldürəcəyəm.”
İmam Rza (ə) məcbur olub məsləhət üzündən Məmunun təklifini qəbul edərək buyurdu: “Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki, ölkə işlərində bir dəfə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin etmək, yaxud vəzifədən uzaqlaşdırmaq, hökm və fətva vermək kimi işlərə qarışmayım.”
İnsanların ən alimi və səbirlisi
Əli ibn Məhəmməd ibn Cəhim deyir:
Bir gün Məmunun məclisinə getdim. İmam Rza (ə) da orada idi. Məmum İmamdan (ə) suallar soruşdu. İmam (ə) onun suallarının cavabını verdi. Məmun yenə sual soruşdu və həzrət cavabını verdi. İmam Rzanın (ə) əmisi Məhəmməd ibn Cəfər də həmin məclisdə iştirak edirdi. Məmun onun əlindən tutub dedi: Qardaşın oğlu barədə fikrin nədir?
Məhəmməd ibn Cəfər dedi: O, alim bir insandır və mən onun elm öyrənmək üçün alim yanına getməsini görmədim (yəni, elm ona Allah tərəfindən verilmişdir).
Məmun ona dedi: Qardaşın oğlu həzrət Rza (ə) risalət ailəsindəndir. Peyğəmbər (s) onlar barədə buyurmuşdur: “Bilin ki, mənim ailəmin yaxşıları və pakları uşaq ikən insanların ən səbirlisi, böyük ikən ən alimidir. Onlar sizi qurtuluşdan uzaqlaşdırmır və cəhalətə tərəf aparmır.”
Məclisdən sonra İmam Rza (ə) evinə qayıtdı. Həmin günün səhərisi həzrətin hüzuruna getdim, Məmunla o həzrətin əmisi arasında olan söhbəti İmama (ə) danışdım. İmam (ə) gülümsünərək buyurdu: “Ey ibn Cəhim! Məmunun sözləri səni aldatmasın. Çünki o, tezliklə məni gözlənilmədən və xəbərsiz qətlə yetirəcək. Allah mənim intiqamımı onadan alacaq.”
İmam Rzanın (ə) qətiyyətli cavabları
Məmunun göstərişi ilə böyük xristian, yəhudi, sabei və digər din və məzhəblərin, habelə əqaid məktəblərinin başçıları, filosof və alimlərdən ibarət bir məclis təşkil edildi. İmam Rza (ə) da bu məclisə dəvət olundu. Həzrət Məmunun cavabında buyurdu: “Sənin məkirli niyyətindən xəbərim vardır. Sabah inşallah, məclisdə iştirak edəcəyəm.” Həzrət məclisdə iştirak etdi və din alimlərinin müxtəlif suallarına cavab verdi. Müsəlmanların arasında dünyanın bütün elmləri və təfəkkürlərini dəqiqiliyi ilə bilən bir alimin olması onları heyrətə salmışdı.
İmam Rza (ə) katolikos Casəliqin sualının qarşısında həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olmasını İncil kitabı və həzrət İsanın (ə) sözləri vasitəsilə sübuta yetirdi. Casəliq İmamın (ə) hikmətli sözlərini dinlədikdən sonra dedi: Həqiqətən sən deyəndir. And olsun Allaha ki, müsəlmanlar arasında sənin kimi bir şəxsin olmasına heç inanmazdım!
İmam Rzanın (ə) şəhadəti
Həzrət İmam Rzanın (ə) Məmunun göstərişi ilə şəhadətə yetişməsinə aid çoxlu rəvayət və sübutlar vardır.
Məmun öz hökumətini qorumaq məqsədilə İmamı (ə) Xorasana gətirdi, ancaq İmamın (ə) qətiyyətli rəftarı və fikirləri ilə rastlaşdıqda onun sözləri və davranışının qanunsuz hökuməti zəiflətdiyini başa düşdü. Digər tərəfdən də Abbasilər, İmam Rzanı (ə) öz vəliəhdi təyin etdiyinə görə Məmunu təhdid edirdilər. Nəhayət, Məmun öz məkirli planını həyata keçirməyi və həzrəti öldürməyi qərara aldı.
Məmun gecə vaxtı öz cinayətini həyata keçirdi və İmam Rzanı (ə) zəhərləyərək şəhid etdi. Səhər açılanda camaat Peyğəmbər övladının şəhadət xəbərini eşidəndə çox narahat oldular. Onlar baş və sinələrinə vuraraq Məmunun hiylə ilə İmam Rzanı (ə) şəhid etdiyini deyir, “Məmun Peyğəmbərin övladını öldürdü” deyə, fəryad qoparırdılar.
Beləliklə, İmam Rza (ə) 203-cü hicri qəməri ili, səfər ayının sonuncu günü 55 yaşında ikən Məmunun göstərişi ilə şəhid edildi və məzlumcasına, gecə vaxtı dəfn olundu.
18.03.25, 12:16
Əl-Husi: Yəmən xalqı qətiyyən, Amerika terrorizmindən qorxmur 18.03.25, 11:57
HƏMAS: İşğalçı rejim Qəzzədəki əsirlərinin canı ilə maraqlanmır 18.03.25, 11:55
İran ABŞ-yə xəbərdarlıq etdi – “İstənilən təcavüzkar hərəkətin ağır nəticələri olacaq” 18.03.25, 11:54
Bu gün İlaxır çərşənbədir 17.03.25, 14:02
Yəmən silahlı qüvvələri ABŞ-ın “Truman” təyyarədaşıyan gəmisini ikinci dəfə hədəfə alıb 17.03.25, 12:35
Oğlu intihar edən ata da... 17.03.25, 11:07
Mübarək Ramazan ayının 16-cı gününün duası 17.03.25, 10:05
Medvedev: "Bu, böyük müharibənin başlanğıcı olacaq" 17.03.25, 10:00
Ayətullah Seyid Əli Xameneinin azəridilli şairlə söhbəti - Video 17.03.25, 09:47
Yəmən Silahlı Qüvvələri USS Truman-ı hədəfə aldı 17.03.25, 09:40
Nyu-Yorkda dəhşətli hadisə: Kişini qəsdən yandırdılar 16.03.25, 11:37
Rusiya Kurskda üstünlüyü ələ aldı – Ukrayna ordusu geri çəkilir 16.03.25, 10:46
Bu gün İmam Həsən Müctəbanın (ə) mübarək mövlud günüdür 16.03.25, 10:33
Mübarək Ramazan ayının 15-ci gününün duası 16.03.25, 09:48
Rus ordusu daha iki yaşayış məntəqəsini ələ keçirdi 15.03.25, 14:45
Allaha doğru düz yol 15.03.25, 12:26
Putinin təklifi hələ də qüvvədədir, amma Kiyevin vaxtı bitir... 15.03.25, 12:25
ABŞ-də helikopter qəzası: pilot öldü 15.03.25, 12:23
Qərargah rəisi intihar etdi - Foto 15.03.25, 10:37
Mübarək Ramazan ayının 14-cü gününün duası 15.03.25, 09:47
Lukaşenko sirri açdı: Kiyevdən Putinə zəng gəlib 15.03.25, 09:39
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib 14.03.25, 14:56
Bakıya xəstəxanaya gətirilən məktəbli vəfat etdi 14.03.25, 14:54
Sabiq prezident: "Trampla Qorbaçov arasında oxşarlıqlar görürəm" 14.03.25, 14:19
Rusiya: 9 min suriyalı Hmeymim hava bazasına sığınıb 14.03.25, 14:15
"Özünüzdən utanmalısınız...” - Fələstinlilər də... 13.03.25, 11:48
Rus ordusu Türkiyə hərbi texnikasını ələ keçirdi 13.03.25, 11:47
KİV: “Zelenskinin hakimiyyətinin sonu yaxınlaşır” 13.03.25, 11:37
Kurskda 430 ukraynalı hərbçi əsir götürüldü 13.03.25, 11:35
İran, Çin və Rusiya arasında Pekində kritik görüş 13.03.25, 10:36
Kremldən açıqlama: "Rusiya əməliyyatların son mərhələsinə keçdi" 13.03.25, 09:59
Alman diplomat Türkiyənin Suriyadakı cinayətlərini açıb tökdü 13.03.25, 09:56
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kurska gedib 13.03.25, 09:51
İran və Belarus müdafiə sahəsində əməkdaşlıq sənədi imzaladı 13.03.25, 09:50
Lavrov: Trampın İrandan tələbi mümkün olmayan ssenaridir 13.03.25, 09:33
Mübarək Ramazan ayının 12-ci gününün duası 12.03.25, 14:12
Polşalı general: “Rus ordusu qələbəyə yaxındır” 12.03.25, 14:05
Yəmən: Biz İsrail gəmilərinə qadağanı bərpa etdik 12.03.25, 11:24
"Alman ordusu azalır və qocalır" - Höql xəbərdarlıq etdi 12.03.25, 10:18
Ukrayna ordusu Kurskdan çıxır 12.03.25, 10:16
Mübarək Ramazan ayının 11-ci gününün duası 12.03.25, 09:49
Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya 12.03.25, 09:48
Sahurda alma sirkəsi için - Möcüzəvi faydaları 11.03.25, 13:18
Rusiya Dövlət Duması dron hücumlarına “Oreşnik” raketləri ilə cavab verməyi təklif edir 11.03.25, 12:44
Ukraynanın Moskvaya kütləvi hücumu... – Zaxarova 11.03.25, 09:44
Mübarək Ramazan ayının 10-cu gününün duası 11.03.25, 09:40
Hizbullahın baş katibi: “Hizbullah” PUA-sının Netanyahunun evinə çatması müqavimətin gücünün ifadəsi idi 11.03.25, 09:38
İranlı Amiral Trampın illüziyasına cavab verdi 11.03.25, 09:36
İranın ilk hava taksi xəttinin açılışı - Fotolar 11.03.25, 09:33
HƏMAS: Sionist əsirlər yalnız danışıqlar yolu ilə azad olunacaq 11.03.25, 09:30
İran qəbul etməyəcək 11.03.25, 09:13
Bu gün Yel çərşənbəsidir 10.03.25, 11:33
Mübarək Ramazan ayının 9-cu gününün duası 10.03.25, 10:56
Qalibaf: Biz Amerikadan heç bir məktub gözləmirik 10.03.25, 10:54
HƏMAS danışıqların davam etdirilməsi üçün üç əsas şərt açıqlayıb 10.03.25, 10:31
Dünyanın ən pis təhsil sistemi ABŞ-dadır - Tramp 10.03.25, 10:30
Rusiyanın Kurskdakı müvəffəqiyyəti 10.03.25, 10:25
ABŞ-da təyyarə dayanacağa çırpıldı: ölənlər var 10.03.25, 10:16
Kanadanın yeni baş naziri Vaşinqtona xəbərdarlıq edib 09.03.25, 11:01
Rusiya müdafiə xəttini yardı, 10 min əsgər… 09.03.25, 10:48
Mübarək Ramazan ayının 8-ci gününün duası 09.03.25, 10:37
Ayətullah Seyid Əli İmam Xamenei: “Həyasızlığın da həddi var” 09.03.25, 10:32
Suriyada mülki şəxslər küçədə edam edildi 09.03.25, 10:29
İranda 9 nəfərlik iki terror qrupu məhv edilib 08.03.25, 13:26
Rusiya ordusu Donetskini bombalad 08.03.25, 12:32
Suriyada ələvilərin qətliamını pisləyən sünnü şeyx öldürüldü 08.03.25, 12:17
Urmiya gölünün suyunun həcmi 80 milyon kubmetr artıb 08.03.25, 11:37
Yəmən: Qəzzaya yardım girməsə... 08.03.25, 10:49
Ramazan ayı haqda bir neçə ayə 08.03.25, 10:04
Mübarək Ramazan ayının 7-ci gününün duası 08.03.25, 09:41
Hindistan Rusiyadan hərbi texnika aldı – ABŞ-dan reaksiya 08.03.25, 09:28
Suriyanın qərbində 15 Colani qüvvəsi öldürüldü 08.03.25, 09:26
Suveydada Colaniyə və Suriyanın yeni hökumətinə qarşı nümayişlər 08.03.25, 09:23
Ayətullah Seyid Əli Xameneinin 10 il öncəki proqnozu 07.03.25, 10:00
Mübarək Ramazan ayının 6-cı gününün duası 06.03.25, 12:01
Şəkidə məktəbli intihar edib 06.03.25, 11:59
"Mikron" 2027-ci ilədək yoxa çıxacaq" - Medvedev 06.03.25, 11:52
Mübarək Ramazan ayının 5-ci gününün duası 06.03.25, 11:13
İngiltərənin İrana qarşı iddiaları rədd edildi 06.03.25, 11:10
Əraqçi: İran öz təhlükəsizliyini pulla almır, özü qurur 05.03.25, 11:44
Çin Trampa qarşı müharibə... 05.03.25, 11:39
İşğalçı İsrail mediası: HƏMAS döyüşçülərinin sayı müharibədən əvvəlki ilə müqayisədə azalmayıb 05.03.25, 11:29
Yəmən: Gözümüz Qəzzada, əlimiz tətikdədir. 05.03.25, 10:16
Tramp: Zelenskidən vacib məktub aldım, o hazırdır! 05.03.25, 10:11
Putin buna görə Ukraynaya hücum etdi - Lukaşenko 05.03.25, 10:09
Vens Britaniya ordusunu ələ saldı – Sərt reaksiya aldı 05.03.25, 09:58
Mübarək Ramazan ayının 4-cü gününün duası 04.03.25, 12:02
Moskvada azərbaycanlı həmyerlisini güllələdi 04.03.25, 10:15
Ayətullah Seyid Əli Xameneinin 3 il əvvəl Ukrayna ilə bağlı verdiyi proqnoz özünü doğrultdu 04.03.25, 10:10
Ramazan ayı münasibətilə bir neçə fiqhi məsələ
04.03.25, 09:57
Oruc tutmaq bu xəstəliklərdən qoruyur - Araşdırma