Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2021

İmam Əlinin (ə) qəbrinin tapılması

Möminlərin əmiri İmam Əlinin (ə) şəhadətindən sonra, övladları gecəylə o həzrətin cənazəsini hündür təpədə məxfi şəkildə torpağa tapşırdılar. İllər keçdi. İmamlar və onların yaxınlarından başqası o həzrətin qəbrinin yerini bilmirdilər. O qədər ki, Harun ər-Rəşidin xilafəti vaxtı bir hadisə o həzrətin qəbrinin aşkara çıxmasına səbəb oldu. O hadisə belə oldu:

Abdullah bin Hazim deyib:
Bir gün Harunla birgə ov etmək məqsədilə Kufədən çıxdıq. Ğəryin (Nəcəf) məntəqəsinə çatdıq. Orada ceyranlar gördük. Ov itləri və şahinləri onlara qısqırtdıq. Ceyranlar qaçmağa başlayıb özlərini oradakı təpəyə yetirdilər və təpənin üzərində dayandılar.
Ov itləri və şahinlər təpəyə çıxmadılar və geri qayıtdılar. Ceyranlar təpədən aşağı düşdükdə, şahinlər və ov itləri onları təqib etdilər. Ceyranlar yenidən təpəyə sığındılar. Şahinlər və itlər yenidən qayıtdılar. Bu hadisə üç dəfə təkrarlandı.

Harun bu macəradan təəccübləndi ki, bu nə məsələdir? Niyə ceyranlar o təpəyə sığındıqda, şahinlər və itlərin ora getməyə cürəti çatmadı?
Harun dedi: Gedin Kufəyə və hamıdan yaşlı olan bir şəxsi tapıb mənim hüzuruma gətirin.
Bəni-Əsəd tayfasından ahıl bir kişini tapıb Harun ər-Rəşidin yanına gətirdilər.
Harun dedi: - Şeyx! Bu təpənin nə sirri var? Bizə bu təpə haqqında məlumat ver!
Qoca cavab verdi: Atam öz ata-babasının belə dediyini nəql edib; bu təpə Əli ibn Əbutalibin (ə) mübarək qəbridir. Allah oranı əmin-amanlıq hərəmi etmişdir. Kim ora sığınsa, amandadır. Ona görə də, ceyranlar o həzrətin pənahında təhlükədən amanda qaldılar.
Harun ər-Rəşid atından düşdü. Su istədi. Dəstəmaz aldı. O təpənin yanında namaz qıldı, dua etdi, ağladı, üzünü yerə qoydu və torpağa sürtdü. Sonra göstəriş verdi və o həzrətin qəbri üstündə bir ziyarətgah tikdirdi.

Beləcə, Həzrət Əlinin (ə) mübarək qəbri təqribən yüz neçə il sonra aşkara çıxdı.

Mənbə: “İrşad” (Şeyx Mufid), c. 1, bab 1, fəsil 6, hədis 4.
795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
08.11.21, 12:21
ABŞ-da bomba həyəcanı
Go to TOP