Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Noyabr 2021

Avropalı təmsilçi: İran əfqan qaçqınlara evsahibliyi etmək üçün Türkiyə kimi milyardlar almayıb

İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi Mik Uolles Tvitter hesabında Avropa İttifaqının İrandakı əfqanıstanlı qaçqınlarına qarşı ayrı-seçkiliyini tənqid edib.
O, tvitter hesabında yazıb: “İran təxminən 3,6 milyon əfqan qaçqına ev sahibliyi edir və Türkiyədən fərqli olaraq, onların qayğısına qalmaq üçün ittifaqdan milyardlar (avro) almır.”
Avropa rəsmisi əlavə edib: “Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra daha 300 min əfqan İrana daxil olub və bu ölkəyə dəstək vermək əvəzinə İrana sanksiya tətbiq edilib. Avropa İttifaqı əfqan qaçqınlarına əhəmiyyət vermirmi?”
M. Uolles İranın Avropa İttifaqındakı nümayəndə heyətinin qış fəsli yaxınlaşdıqca əfqan qaçqın böhranının gücləndiyi barədə xəbərdarlıq mesajına da toxunub.
İranın Avropa İttifaqındakı nümayəndə heyəti Əfqanıstanda və bu ölkənin qaçqınları arasında humanitar fəlakətin qarşısının alınmasının qlobal məsuliyyət olduğunu və İranın beynəlxalq ictimaiyyətin güclü dəstəyinə ehtiyacı olduğunu vurğulayıb.
Norveç Qaçqınlar Şurası bu yaxınlarda verdiyi hesabatında hər gün 4000-5000 əfqanın ölkədən İrana qaçdığını bildirərək, daha çox maliyyə ayrılmasına və vəzifələrin bölünməsinə çağırıb.
Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqland əfqanıstanlı qaçqınları qəbul etdiyinə görə İrana təşəkkür edərək deyib: “Biz İranı son 40 il ərzində milyonlarla əfqan qaçqını qəbul etdiyinə görə alqışlayırıq.”
Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra ən azı 300 min əfqanın İrana daxil olduğu təxmin edilir. Qışda hələ də yüz minlərlə insanın İrana keçəcəyini gözləmək olar.
Təxminən 5 milyon əfqan ölkədən qaçıb, onların 90 faizi İran və Pakistandadır. İranda təxminən 3,6 milyon əfqan yaşayır.
İran əfqan qaçqınları, o cümlədən sertifikatı olmayanları koronavirusa qarşı peyvənd edir.
181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
08.11.21, 12:21
ABŞ-da bomba həyəcanı
Go to TOP