Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2022

Putin: İran və Rusiyanın Suriyaya dəstəyi terror təhdidlərinin öhdəsindən gəlməyə kömək etdi

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə görüşü zamanı deyib: “İran və Rusiyanın dəstəyi Suriyada terror təhlükələrinin qarşısını almağa kömək etdi.”
Görüş zamanı Putin iranlı həmkarına müraciət edərək deyib: “İnauqurasiyanızdan bəri biz daim əlaqə saxlayırıq, lakin istənilən halda videokonfrans və ya telefon danışıqları üzbəüz görüşün yerini verə bilməz. Pandemiyanın çətin şərtlərinə baxmayaraq, iki ölkə arasında ticarət keçən il 6% müsbət tendensiya nümayiş etdirib.
Nəhəng ikitərəfli layihələr həyata keçirilir və biz müxtəlif sahələrdə əməkdaşlıq edirik. Biz beynəlxalq arenada sıx əməkdaşlıq edirik. Hər iki ölkənin səyləri ilə biz Suriyaya beynəlxalq terrorizmlə mübarizədə kömək edə bildik.”

Rusiya prezidenti Əfqanıstan məsələləri ilə bağlı İran prezidentinin fikirlərini bilmək istədiyini vurğulayaraq deyib: “Əfqanıstandakı vəziyyət hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb edirdi və mən bu mühüm məsələləri müzakirə etmək və Zati-alilərinin fikrini bilmək istəyirəm.”
V. Putin daha sonra deyib: “İranla Avrasiya İqtisadi İttifaqı arasında əlaqələr müvəqqəti saziş çərçivəsində genişləndirilir və fəal şəkildə İranla Avrasiya İttifaqı arasında azad ticarət zonası şəklində daimi baza yaratmağa çalışırıq. İran Şanxay Təşkilatının fəal iştirakçısı kimi çıxış edir və sözsüz ki, nüvə sazişi haqqında Sizin fikrinizi soruşmaq istəyirəm.”

Rusiya prezidenti daha sonra deyib: “Qarşıda geniş əməkdaşlıqlarımızın olduğunu deyə bilərik. Sizinlə görüşdən çox şadam.

Söhbətimin əvvəlində Sizdən xahiş etmək istəyirəm ki, ən xoş sağlamlıq arzularını İranın Ali Məqamlı Rəhbəri cənab (Ayətullah Seyid Əli) Xameneinin xidmətinə çatdırın.”
Putin Ayətullah Rəisi ilə görüşünün digər hissəsində deyib: “Bilirəm ki, sizin Rusiyaya səfəriniz böyük proqramdır və çoxlu görüşləriniz, çıxışlarınız vardır. Xoşbəxtlikdən tələsmirik və rahat oturub bütün məsələləri ətraflı danışa bilərik.”
1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP