Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2022

Rəcəb ayının “Ya mən ərcuh” duası

İmam Sadiqin (ə) Rəcəb ayı üçün öyrətdiyi dua:

Seyid ibn Tavus nəql edir ki, Səccad ləqəbi ilə məşhur olan Məhəmməd ibn Zəkvan o qədər səcdə edib səcdədə ağlamışdı ki, gözləri kor olmuşdu. O deyir:

İmam Sadiqə (ə) belə ərz etdim: - Canim sənə fəda olsun, indi Rəcəb ayıdır mənə elə bir dua öyrət ki, Allah-taala onun vasitəsilə mənə xeyir versin. Həzrət buyurdu: - Yaz “Bismilahir Rəhmanir Rəhim” və bu duanı Rəcəb ayında gecə-gündüz namazların ardında oxu:

يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ [مِنْ‏] كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ‏] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّار

Oxunuşu

Ya mən ərcuhu likulli xəyr, və amənə səxətəhu ində kulli şərr, ya mən yutil kəsirə bil-qəlil, ya mən yuti mən səələh, ya mən yuti mən ləm yəsəlh, və mən ləm yərifhu təhən-nunən minhu və rəhməh, ətini biməsələti iyyak, cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni biməsələti iyyak, cəmiə şərrid-dunya və şərril-axirəh, fəinnəhu ğəyru mənqusin ma ətəyt, və zidni min fəzlikə ya kərim.
Ya zəl cəlali vəl ikram, ya zən nəmai vəl cud, ya zəl-mənni vət təvl, hərrim şeybəti ələn-nar.

Tərcüməsi

Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaq et! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!

Ravi deyir: Sonra həzrət mübarək saqqalını sol əlinə alıb təzərrü ilə sağ əlinin işarə barmağını yellətməyə başlayaraq bu duanı oxumağa başladı:

Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi!
Qeyd edək ki, bəzi böyük alimlərin, o cümlədən Cavadi Amulinin nəzərinə əsasən, İmam Sadiq (ə) duanın əvvəlindən axırına kimi əli ilə saqqalını tutmuşdur.
3259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP