Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2022

İmam Kazimin (ə) şəhadəti münasibətilə İraqda milyonluq yürüş başlayıb

25 Rəcəb (27 fevral 2022) həzrət İmam Musa Kazimin (ə) şəhadət günüdür. Bu münasibətlə o həzrətin aşiqləri artıq müxtəlif şəhərlərdən Kazimeynə və İmamın (ə) hərəminə gedən yollarda piyada yürüşə başlayıblar.

Kazimeynə gedən yol üstündə olan şəhərlərin əhalisi də İmamın (ə) zəvvarlarına xidmət göstərmək üçün mokəblər qurublar.

Zəvvarlar əllərində əzadarlıq bayraqları tutaraq İmam Kazim (ə) eşqi ilə Kazimeynə tərəf addımlayırlar.
İmam Kazimin (ə) şəhadəti münasibətilə yürüş, İmam Hüseynin (ə) Ərbəin yürüşündən sonra İraqda ən böyük şiə toplantısı hesab olunur və hər il 25 Rəcəbdə İraqdan əlavə, dünyanın müxtəlif ölkələrindən müsəlmanlar İmam Kazim (ə) və İmam Cavadın (ə) hərəminə daxil olurlar. Hətta koronavirusla əlaqədar İraq hökumətinin xarici zəvvarlara giriş icazəsi verməməsinə baxmayaraq, ötən il 3 milyon zəvvar yürüşdə iştirak etmişdi.
1385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP