Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2022

Rəcəb ayının möhtəşəm gecəsi

Seyid ibn Tavusun “İqbal” kitabında Məhəmməd ibn Əli əl-Təraziynin öz kitabında İmam Cavaddan (ə) rəvayət etdiyi hədis nəql olunmuşdur. Bu hədisdə İmam Cavad (ə) buyurur: “Rəcəb ayında elə bir gecə vardır ki, həmin gecə camaat üçün Günəşin üzərinə saçdığı bütün şeylərdən yaxşıdır və o, Rəcəbin iyirmi yeddinci gecəsidir. Allahın rəsulu (s) həmin gecənin sübh vaxtı peyğəmbərliyə məbus oldu. Bizim şiələrimizdən hər kim həmin gecəni əməllərini yerinə yetirsə, 60 ilin savabına nail olar.”

Soruşdular: - Həmin gecənin əməlləri hansıdır?

Həzrət buyurdu: “İşa namazını qıldıqdan sonra yatırsan. Gecənin ortasında, ya ondan sonra ayağa qalxıb on iki rəkət (6 dəfə iki rəkətli) namaz qılırsan. Hər rəkətdə “Həmd” surəsindən sonra axırda olan geniş qısa surələrdən (“Muhəmməd” surəsindən sonra axıra qədər olan surələrdən) birini oxuyursan. Hər iki rəkətin salamını oxuduqdan sonra oturduğun yerdə “Həmd”, “Fələq”, “Nas”, “İxlas”, “Kafirun”, “Qədr” surələrinin hər birini yeddi dəfə və ayətul-kürsünü də yeddi dəfə oxuyursan. Sonra dua edib deyirsən:


«ألْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَلَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ وَلَمْ یَکُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَکَبِّرْهُ تَکْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُکَ بِمَعاقِدِ عِزِّکَعَلَى اَرْکانِ عَرْشِکَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ کِتابِکَ وَبِاسْمِکَ الاْعْظَمِ الاْعْظَمِ، الاْعْظَمِ وَذِکْرِکَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَبِکَلِماتِکَ التّامّاتِاَت تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَآلِهِ وَاَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ.»

“Əlhəmdu lillahiləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil-mulki, və ləm yəkunləhu vəliyyun minəz-zulli və kəbbirhu təkbira. Əllahummə inni əsəlukə biməaqidi izzikə əla ərkani ərşikə və muntəhər-rəhməti min kitabikə və bismikəl əəzəmil-əzəm, əl-əzəmi və zikrikəl-əələl-əələl-əəla və bikəlimatikət tammatiat, tusəlliyə əla Muhəmmədin və alihi və ən təfəla bi ma əntə əhluh.”

Sonra Allahdan hər nə istəyirsən istə. Çünki istədiyin hər şey icabət olar, günah ya qohumlarla əlaqəni kəsmək və ya bir dəstə möminin həlak olmağını istəməkdən başqa.”
3669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP