Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2022

İmam Hüseynin (ə) mövludu

Şəbanın üçüncü günü Seyyidüş-şühəda, azad insanların sərvəri həzrət İmam Hüseyn ibn Əlinin (ə) dünyaya gəldiyi gündür. Bu günün şərəf və əzəməti onun sahibinin (İmam Hüseynin) şərəf və əzəməti qədərdir. Allah yolunun yolçusu bu gün oruc tutmaqla, ziyarətnamə, dua oxumaqla və digər xeyir əməllərlə həmin günün şürkünü yerinə yetirməlidir.

Şəban ayının üçüncü günü Fütrüs mələkin öz qanadlarının sağlamlığını bərpa etdiyi bərəkətli gündür. Allah yolunun yolçusu bu gün Fütrüs mələk kimi İmam Hüseynin (ə) məhəbbət ətəyinə sığınmalı və o həzrətə təvəssül edərək özünə nicat verməlidir ki, iki ruh və əql qanadına yiyələnsin və bu iki qanadın vasitəsilə ruhanilərlə (ya Ruhul-əminlə) birlikdə Allahın qürb, razılıq və rizvan səmalarında pərvaz etsin.

Şəbanın üçüncü günü sevinc və şadlıq günü olsa da, salik şəxs Rəsulullahın (s) Əhli-beytinə iqtida etməli, onlar kimi öz şadlıq və sevincini hüzn və qəmə qatmalıdır.

Mirzə Cavad Ağa Məliki Təbrizi
3676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.12.24, 09:51
Araz Tranzit Dəhlizi
Go to TOP