Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2022

İslam Peyğəmbərinin (s) gənc nümayəndəsi – Müsəb

İslam Peyğəmbəri (s) bacarıqlı gənclərə çox önəm vermiş və onları daim irəli çəkmişdir. Onlar arasında təmsilçi kimi digər ölkəyə göndərilən, vali və sərkərdə təyin edilənlər də vardır. Onlardan bir nümunəyə diqqət yetirək:

Müsəb bin Üməyrə

İslam Peyğəmbəri (s) Mədinə şəhərinə hicrət etməzdən əvvəl, Əsəd bin Zürarə və Zəkvan Əbd Qeys adlı iki nəfər Məkkə şəhərinə gəldilər. Onlar çox çətinliklə Peyğəmbərin (s) ziyarətinə nail oldular. Peyğəmbərin (s) təsirli söhbətlərini dinlədikdən sonra İslam dinini qəbul etdilər.

Onlar Peyğəmbərə (s) dedilər: - Ey Allahın Rəsulu! Bizimlə bir adam göndər ki, bizə həm Quran oxumağı öyrətsin, həm də camaatı sənin dininə dəvət etsin. ("Bəharül-ənvar", c. 19, səh. 10)

İlk dəfə idi ki, Mədinə kimi əhalisi çox və qalmaqallı bir şəhər, Peyğəmbərdən (s) nümayəndə istəyirdi və birinci dəfə idi ki, o həzrət Məkkədən başqa bir şəhərə İslamı tanıtdırmaq üçün rəsmi nümayəndə göndərməli idi. Bu iş üçün elə adam seçilməliydi ki, hər cəhətdən bacarıqlı və layiqli olsun.

Peyğəmbər (s) müsəlmanların içərisindən Müsəb bin Üməyr adlı cavanı öz nümayəndəsi olaraq seçdi.

Allahın Rəsulu (s) Müsəb bin Üməyrə göstəriş verdi ki, Əsədlə Mədinəyə getsin. Müsəb çox gənc olmağına baxmayaraq gözəl Quran oxuyan və Quranı əzbər bilən şəxs idi. Qurandan çox şey bilirdi. ("Bəharül-ənvar", c. 19, səh. 10)

Bu imanlı, tədbirli və ağıllı cavan, öz işinin öhdəsindən yaxşı gəldi. Çox keçmədi ki, Mədinənin bütün təbəqələri, xüsusilə də gəncləri onun dəvətini qəbul edərək müsəlman oldular. Müsəbin imaməti ilə Mədinədə ilk cümə namazı qılındı. Onun haqqında belə deyilir ki: "Müsəb, Mədinədə cümə namazını ilk təşkil edən adam idi. Üsəyd bin Hüzəyr və Səəd bin Muaz, onun vasitəsi ilə müsəlman oldular. O, bu işlərə görə İslamın fəxri hesab edilir." ("Usdül-ğabə" , c. 5, səh. 176, hədis 4936)

Həmçinin onun haqqında rəvayətdə gəlib: "Müsəb bin Üməyr Əsəd bin Zürarənin torpağına gəlib çatdı. Hər gün evdən çıxıb gedərək Xəzrəc qövmü ilə ünsiyyət qururdu. Onlara İslam dini haqqında məlumat verirdi. Cavanlar da onun sözlərini səmimiyyətlə qəbul edirdilər. ("Bəharül-ənvar", c. 19, səh. 10)
3045 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP