Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2022

İraq Türkiyədən TŞ-na rəsmi şəkildə şikayət etdi

İraqın BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında Türkiyənin İraq torpaqlarında hərbi təcavüzünə görə rəsmi şəkildə şikayət edib.

Məhəmməd Hüseyn Bəhrül-Ülum Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etdikdən sonra Türkiyənin İraqa soxulmuş bütün qüvvələrinin ölkədən çıxmasını tələb edib.

O bildirib ki, Kürdüstan Fəhlə Partiyasının hücumları artıq Türkiyə qüvvələrinin İraq torpaqlarında olması üçün bəhanə deyil.

Bu xəbərə əsasən, İraqın BMT-dəki nümayəndəsi Türkiyə işğalçılarının İraq daxilində hərəkətləri ilə bağlı Bağdadın Ankaradan rəsmi şikayətini Təhlükəsizlik Şurasına təqdim edib.

İraq rəsmiləri və hökuməti dəfələrlə İraqın suverenliyinin pozulmasını və Türkiyənin ölkənin şimalında hava və artilleriyasını hücumlarını pisləyib, buna son qoyulmasını tələb edib.
1140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
Go to TOP