Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2022

Buğda çörəyini camaata yedirdib özü arpa çörəyi yeyən rəhbər

Həzrət İmam Baqir (ə) Əmirəlmöminin Əlini (ə) belə vəsf edir:

Sizin rəhbəriniz (təvazökarlıq edib) qullar kimi oturardı, qullar kimi yemək yeyərdi, buğda çörəyini və əti camaata yedirərdi, özü isə evə qayıdar, arpa çörəyi və zeytun yağı yeyərdi. İki sünbülani köynək (Rum şəhərinə mənsub olan uzun köynək) alardı. Xidmətçisinə libasın yaxşısını özü üçün seçməyi buyurar, digərini isə özü geyinərdi. Köynəyin qolu barmaqlarının ucundan uzun olduqda və ətəyi də topuğundan uzun olduqda onu qayçı ilə kəsərdi. Allah-Təalanın razılığı üçün hər zaman ona vacib buyurulan iki işin ən cətinini seçərdi.

O, beş il hakimiyyətdə oldu. Heç vaxt öz xeyri üçün (var-dövlətini artırmaq məqsədilə) daşı daş üstünə, kərpıcı kərpıc üstünə qoymadı. Heç kəsə xərac (xalqın ümumi mənfəətlərini təmin edən) torpaqlarından bir ovuc belə verməmişdi. Nə bir dinar, nə bir dirhəm irs aparmamışdı. Ona hədiyyə edilən pullardan yalnız yeddi yüz dirhəm ailəsinə xidmətçi almaq üçün ayırmışdı. Yeddi yüz dirhəm maaş alırdı. Heç kim (əlində imkanı ola-ola) bu qədər özünə əziyyət verməzdi.

Əli bin Hüseyn (ə) Əlinin (ə) yazdıqlarına nəzər saldıqda, yeri döyəcləyib buyurdu: "Kim belə edə bilər?!"

"Kafi", c. 8, səh. 130, hədis 100
2797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.12.24, 09:51
Araz Tranzit Dəhlizi
Go to TOP