29 İyun 2022
İmam Cavadın (ə) şəhadəti münasibətilə

Məşhur ləqəbləri: Cavad, Təqi
Künyəsi: Əbu Cəfər (sani)
Atası: Əli (ə)
Anası: Xəyzuran
Doğum tarixi: 195-ci hicri qəməri ili, 10 rəcəb
Doğulduğu yer: Mədinə
İmamət müddəti: 17 il
Ömrü: 25 il
Şəhadət tarixi: 220-ci hicri qəməri ili, zilqədə ayının axırı
Qatilinin adı: Ümmül-Fəzl onu zəhərləmişdir
Dəfn olduğu yer: Kazimeyn (İraq)
Bərəkətli mövlud
Bütün ailə sevinc içərisində idi, imam Rzanı (ə) və onun həyat yoldaşını təbrik edirdilər. Allah bərəkətli, mehriban və nurlu simalı bir övlad onlara bəxş etmişdi. İmam Rza (ə) onun adını Məhəmməd qoydu. İmamın ailəsində və eləcə də, şiələr arasında Məhəmməd (ə) xeyir-bərəkətli bir uşaq kimi tanınmışdır. Məhəmməd (ə) çox mehriban, səxavətli və kərəm sahibi idi. Ona görə də onu Cavad adlandırıblar. Əbu Yəhya Sənani deyir: "Bir gün imam Rzanın (ə) yanında idim. Bu vaxt o həzrətin azyaşlı oğlu Cavad (ə) bizim yanımıza gəldi. İmam Rza (ə) buyurdu ki, şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir".
Azyaşlı imam
İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına yetişmiş ilk imam olduğundan, bəziləri belə sual edirlər ki, yeniyetmə bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər?
Bu suala cavab olaraq deyirik:
İnsanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq bu məsələyə diqqət etməliyik ki, mehriban Allah hər bir şeyin xaliqi və onu vücuda gətirəndir. Deməli, hamıdan elmli və yenilməz qüdrət sahibidir. Biz insanların xeyir və şərini daha yaxşı bilir. Ona görə də Allah bəzi məsləhətlərə görə Özünün bir sıra xüsusi bəndələri üçün bu prosesi qısaltmış və onun kamala çatmasını tezləşdirmişdir ki, biz insanlar səadətə çatmaq və hidayət olmaq üçün onun göstərişlərindən faydalana bilək.
Bəşər tarixində lap qədim dövrlərdən indiyədək Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişən şəxslər olmuşdur. Mövzunun daha aydınlaşması üçün bir neçə nümunəyə toxunuruq:
1. Həzrət Yəhya (ə) uşaq yaşlarında peyğəmbərliyə seçildi. Qurani-kərim bu barədə buyurur: "Biz uşaq ikən ona hikmət (peyğəmbərlik) verdik".
2. Uşağın dil açıb danışması üçün təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, dil açdı və çox açıq-aydın danışaraq ciddi töhmətlərə məruz qalmış anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə cavab verdi. Halbuki, bu cür danışmaq, özü də belə bir məfhuma malik söz demək yalnız böyüklərin əlindən gələ bilər.
Bu məsələ Qurani-Kərimdə belə açıqlanmışdır: "(Allahdan bir möcüzə olaraq) dilə gəlib dedi: "Mən, həqiqətən, Allahın quluyam (bəndəsiyəm). O, mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi".
Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, Allah Öz qüdrəti ilə həzrət İsanı (ə) uşaq ikən danışdırmış, ona və həzrət Yəhyaya (ə) uşaqlıq çağlarında peyğəmbərlik vermişdir. Deməli, məsum imamların (ə) da Allahın qüdrəti ilə və ləyaqətlərinə görə uşaq vaxtlarında imamət məqamına çatmalarının bir iradı yoxdur və bu mümkün olan işdir.
Sual-cavab məclislərinin qurulması
İmam Cavadın (ə) imamlığı dövründə sual-cavab və elmi müzakirə məclislərinin təşkil edilməsinin əsas səbəbi o idi ki, bir tərəfdən o həzrətin yaşının az olmasına görə onun imam olması bir çox şiələr üçün hələ dərk ediləsi deyildi (baxmayaraq ki, şiələrin əsas alim və başbilənlərinin şiə əqidələrinə dair bu barədə heç bir şəkk-şübhəsi olmamışdır), buna görə də, əminlik əldə etmək məqsədilə o həzrətə çoxlu sayda suallar verirdilər. Digər tərəfdən də, imam Cavadın (ə) yaşadığı dövr mötəzilə məzhəbinin genişlənərək nüfuz tapdığı bir dövr olmuş, yerli hökumət də, onları himayə edir və bu məzhəbin əqidələrini möhkəmlətmək, digər məzhəbləri isə nüfuzdan salmaq üçün əlində olan bütün maddi və mənəvi imkanlardan istifadə edirdi.
Ancaq bu müzakirələrin hər birində imam Cavad (ə) qəti və açıq-aydın cavabları ilə özünün imam olması məsələsi üzərindən bütün şəkk-şübhəni qaldıraraq, imam olduğunu isbat edirdi.
Kəskin cavablar
Məmun xilafətin paytaxtını Tus şəhərindən Bağdada köçürdükdən sonra imam Cavada (ə) bir məktub yazıb, onu Bağdada dəvət etdi. Bu dəvət də, imam Rizanın (ə) Tus şəhərinə dəvət olunması kimi zahirdə könüllü, həqiqətdə isə məcburi bir dəvət idi. İmam Cavad (ə), Məmunun dəvətini qəbul edib Bağdada getdi. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət etdi və camaat arasında özünü yaxşı və doğruçu adam kimi göstərmək üçün hiylə işlədərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini etdi. İmam Cavad (ə) Məmunun bu təklifi qarşısında sükut etdi. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşdü. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Ancaq bu xəbərin Bəni Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna sərt etiraz edərək dedilər: Bu nə işdir görürsən? Əli ibn Musanın (ə) vəfat etdiyi və hakimiyyətin Bəni Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə razı ola bilmərik. Məmun soruşdu: Bəs sizin fikriniz nədir? Onlar dedilər: O, uşaqdır və hələ elm və bilikdən elə də faydalanmayıb. Məmun dedi: Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə, onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız.
Yəhya ibn Əksəm Məmunun dövründə adlı-sanlı alimlərdən sayılırdı. Onun bir çox elmlərdə şöhrəti dillər əzbəri olmuşdu. Yəhyanın Məmunun yanında da böyük hörməti var idi və xəlifənin yaxın adamlarından hesab olunurdu. Belə ki, Məmun ölkənin bir sıra işlərini ona tapşırmışdı. Ancaq Yəhyanın böyük elmi məqamına baxmayaraq elə də imanlı insan deyildi. O öz elmindən şöhrət və fəxr qazanmaq üçün istifadə edirdi. Hər bir alim onunla görüşə getsəydi, Yəhya müxtəlif elm sahələrində ona o qədər suallar verirdi ki, nəhayət o alim, özünün Yəhyanın qarşısında aciz qaldığına etiraf edirdi.
Abbasilər alimlərin arasında Yəhya ibn Əksəmi seçdilər. Məmun, imam Cavadın (ə) elm səviyyəsini yoxlamaq üçün bir məclis təşkil etdi. Həmin məclisdə Yəhya imama sual verərək dedi: Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?
İmam Cavad (ə) buyurdu: "Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır, yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib, yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır, yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub, yoxsa qul? Uşaq olmuşdur, yoxsa böyük? Birinci dəfədir belə bir iş görür, yoxsa bir neçə dəfə belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir, yoxsa quş deyil? Böyük heyvan olub, yoxsa kiçik? Gördüyü bu işdən peşman olub, yoxsa yox? Heyvanı gecə ovlayıb, yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub, yoxsa təməttö həccinin?"
Bu məsələ barədə imam Cavadın (ə) müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhyanın üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başladı. O, xəcalətindən başını aşağı saldı. Belə ki, bütün məclisdəkilər onun imam Cavadın (ə) qarşısında aciz olduğunu açıq-aşkar hiss etdilər. Sonra imam bu mövzuların hər birinin hökmünü dedi. Bundan sonra imam Cavad (ə) ondan bir sual soruşdu. Yəhya sualı cavablandıra bilmədi. Həzrət o sualın da cavabını özü verdi. Hamı imamın elminin qarşısında təzim etdi. Bu vaxt Məmun dedi: Şükür olsun Allaha ki, mənim fikirləşdiyim düz çıxdı. Sonra isə üzünü öz qohum-əqrəbasına tutub dedi: Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?
İmam Cavadın (ə) şəhadəti
Məmun öləndən sonra onun qardaşı Mötəsim xəlifə oldu. O, imam Cavadı öz nəzarəti altında saxlamaq məqsədi ilə Mədinədən Bağdada gətizdirdi. Ancaq öz məqsədlərinə çatmaq üçün imam Cavadı (ə) qarşısında bir maneə görən və qəlbində o imama qarşı düşmənçilik, kin-küdurət bəsləyən Mötəsim həzrəti aradan götürməyi qərara aldı. Nəhayət, öz çirkin niyyətini həyata keçirmək üçün üzümün daxilinə zəhər tökdürdü və qardaşı qızı Ümmül-Fəzli razı saldı ki, zəhərlənmiş üzümü imam Cavada (ə) versin. İmam üzümü yedi. Çox keçmədi ki, zəhər onun ciyərlərində öz təsirini göstərdi və yavaş-yavaş ağrısı şiddətləndi. İmam ağrılar içərisində olduğu vaxt Ümmül-Fəzlə buyurdu: "And olsun Allaha! Bu xəyanətinə görə əlacı olmayan bir yoxsulluğa və gizli qalmayacaq bir bəlaya mübtəla olacaqsan".
Elə də oldu. Ümmül-Fəzlin gizli üzvündə elə bir xəstəlik tapıldı ki, bütün malını onun müalicəsi üçün sərf etsə də, faydası olmadı. Nəhayət o, çox acınacaqlı bir vəziyyətdə dünyasını dəyişdi.
İmam Cavad (ə) həmin zəhərin təsirindən 25 yaşında şəhid oldu. O, zalım və fasid xəlifələr tərəfindən şəhid edilən ən gənc imam idi.
"On dörd məsum" kitabından
14.05.25, 10:53
İranın “Şetab” şəbəkəsinin Rusiyanın “Mir” şəbəkəsinə qoşulması layihəsinin ikinci mərhələsi təqdim olunub 14.05.25, 10:51
380-dən çox dünya kino xadimi Qəzzədəki soyqırımı pislədi 14.05.25, 10:49
Rafael Ağayev əməliyyat olundu 14.05.25, 09:21
İşğalçı İsrailin vəhşilikləri davam edir - 45 şəhid 13.05.25, 13:07
Peskov: İranla münasibətlər uduş-uduşdur 13.05.25, 12:15
Putin razılaşmasa, mümkün deyil 13.05.25, 12:04
Şeyx Nəim Qasim: "Hizbullah 1982-ci ildən bəri Livan ərazilərinin işğal olunmuş ərazilərə ilhaqının qarşısını alır" 12.05.25, 11:37
Ayətullah Seyid Əli Xamenei: Müsəlmanlar düşmənin diqqətləri Fələstin məsələsindən yayındırmasına imkan verməməlidirlər 12.05.25, 11:29
PKK özünü ləğv etdi 12.05.25, 09:32
HƏMAS ABŞ vətəndaşı olan girovu azad edəcək 12.05.25, 09:17
İşğalçı İsrail bir gün ərzində Qəzzaya 60 hava zərbəsi endirib 11.05.25, 12:54
Putinin təklifinə reaksiyanı gözləyirik - Zaxarova 11.05.25, 12:08
19 aviaşirkət işğal olunmuş ərazilərə uçuşları ləğv edib 11.05.25, 10:46
"Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik" - Şahbaz Şərif 11.05.25, 10:44
Bakıda köməkçi tikilidə yanğından sonra... 10.05.25, 10:18
Yekun qələbə yaxındır - Medvedyev 10.05.25, 09:55
21 yaşlı gənc özünü asdı 10.05.25, 09:52
Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı 10.05.25, 09:45
"BAŞQA VARİANTIMIZ YOXDUR..." - Pakistan 09.05.25, 21:21
General Səlami: İstənilən miqyasda müharibəyə hazırıq 09.05.25, 21:19
İmam Rza (ə) hərəmində Əli ibn Musa ər-Rizanın (ə) mövlud gecəsi 09.05.25, 21:16
İşğalçı İsrailin 2 hərbçisi məhv edilib 08.05.25, 11:39
Hindistanın 21 hava limanı reyslər üçün bağlanıb 08.05.25, 11:39
ABŞ Çinin nüvə arsenalını 600 başlıq olaraq qiymətləndirir 08.05.25, 11:35
Fars körfəzinin adının saxtalaşdırılmasına BMT-dən reaksiya 07.05.25, 10:32
Avropa aviaşirkətləri Təl-Əvivə uçuşları dayandırdı 07.05.25, 10:31
Oman: Səna ilə Vaşinqton arasında gərginliyi azaltmaq səyləri atəşkəs razılaşmasına gətirib çıxarır 07.05.25, 10:28
Rus ordusu Lısovkanı ələ keçirdi 06.05.25, 12:02
Yəmən lideri: 57 güclü İslam ölkəsinin Fələstinə bir şüşə süd çatdıra bilməməsi utancvericidir 06.05.25, 11:45
Pezeşkiyan: Müsəlmanlar birləşsə, düşmən onlara zülm edə bilməz 06.05.25, 11:41
Ənsarullah: Sionist rejimin hücumlarına cavab verəcəyik 06.05.25, 09:05
Pens: Putin Ukraynada dayanmayacaq, qələbə qazansa... 06.05.25, 09:02
Ehud Barak: HƏMAS İsrail ordusu ilə 50 il vuruşa bilər. 06.05.25, 09:00
Ali Məqamlı Rəhbər Ayətullah Nuri Həmədanini ziyarət edib 05.05.25, 09:46
Yəməndən İsrailə cavab: Tam blokadaya alınacaq! 05.05.25, 09:37
Vəhşi İsrailin qətliamları davam edir - 19 şəhid 05.05.25, 09:34
Tramp bir daha prezident olmayacağını açıqlayıb 05.05.25, 09:27
İranın ən yeni ballistik raketi təqdim olundu - 1200 km 04.05.25, 12:26
ABŞ bizi qorxuda bilməyəcək, dialoq istəyirsə... - Çin 04.05.25, 12:23
Nüvə silahı olmadan da bunu edəcəyik - Putin 04.05.25, 12:07
Qəzza cəhənnəmə çevrilib - Aclıq faciəsi özünü göstərir 04.05.25, 12:06
Qatil Netanyahunun Azərbaycana səfəri təxirə salınıb 04.05.25, 12:04
Iran Expo 2025: Qlobal iqtisadiyyata pəncərə 03.05.25, 09:23
Almaniyada maşın izdihamın üzərinə sürüldü: ölü və yaralılar var 01.05.25, 13:28
Qrossi: İranla razılaşma çox vacibdir 01.05.25, 13:26
Ötən həftə Qəzza qurbanlarının 94%-i mülki şəxslər olub 01.05.25, 13:23
Qüds ətrafında güclü yanğın davam edir 01.05.25, 11:23
May fırtınalı başlayır - Medvedyev 01.05.25, 09:26
Gecə saatlarında həlak olan hərbçilərimizin fotoları 01.05.25, 09:17
Polis Moskvada LGBT üzvlərinin toplaşdığı kluba basqın etdi 01.05.25, 09:01
İranda yüksək səviyyəli Mossad casusu edam edildi 30.04.25, 10:31
Zaxarova: Ukraynadan nəticə çıxarın! 30.04.25, 10:24
Admiral Əlirza Təngsiri: Fars körfəzində təhlükəsizlik region xalqları tərəfindən təmin edilməlidir 30.04.25, 10:17
Tramp: Putin mənə görə bütün Ukraynanı ələ keçirməyəcək 30.04.25, 09:04
Sionistlərin vəhşilikləri davam edir - 51 şəhid 30.04.25, 09:01
KONQRESDƏ TRAMPA QARŞI İMPİÇMENT İRƏLİ SÜRÜLDÜ – 7 maddə ilə 28.04.25, 11:28
İranın Azərbaycandakı keçmiş səfiri: Pezeşkiyanın Bakıya səfəri böyük əhəmiyyət kəsb edir 28.04.25, 10:46
Vəhşi İsrailin qətliamı davam edir - 50 şəhid 28.04.25, 10:40
Göyçay sakini intihar edib 28.04.25, 10:39
Sumqayıtda 54 yaşlı kişinin meyiti aşkarlanıb 28.04.25, 09:44
Çindən ABŞ-yə idxal olunan mallar kəskin azaldı 28.04.25, 09:42
Donald Tramp: Zelenski Krımı Rusiyaya verməyə hazırdır 27.04.25, 12:18
ABŞ İsrail gəmisini bombalayıb 27.04.25, 12:16
Trampı saxlayan olmadı, tam fəlakətdir... - Simons 27.04.25, 12:15
Yəmən ordusu işğalçı İsrailin hərbi bazasını vurdu 27.04.25, 12:13
Pakistan Hindistana xəbərdarlıq etdi: Hücuma cəhd 27.04.25, 09:32
Sumqayıtda kişi meyiti tapıldı 26.04.25, 13:03
Sionist rejim səfiri Cənubi Koreyada restorandan qovuldu 26.04.25, 11:51
İranın müdafiə naziri: Əgər bu gün düşmənlərimiz danışıqlar masası arxasında otururlarsa... 26.04.25, 09:26
Moskvada partlayış: Rus general öldürüldü 26.04.25, 09:23
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür 26.04.25, 09:19
Vəhşi İsrailin qətliamları davam edir - 78 şəhid 24.04.25, 11:36
Qrossi: İran nüvə danışıqlarında ciddidir 24.04.25, 11:33
Qəzzədə israilli əsirin yeni videosu yayıldı 24.04.25, 10:13
Qərb bu qurumu ləğv edib, “Asiya NATO-su” yaradır 24.04.25, 10:11
Kiyevə hava hücumu: 9 ölü, 70-dən çox yaralı 24.04.25, 10:01
Araq içən kişinin ürəyi partladı 24.04.25, 10:00
Zaxarovadan Sikorskiyə sərt cavab 24.04.25, 09:39
ABŞ-də 12 ştat Tramp administrasiyasını məhkəməyə verib