Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2022

Cənnət beyəti

Qürub çağı idi. Hüseyn (ə) səhabələrini toplayaraq buyurdu: "Allaha həmd-səna edirəm, ən gözəl həmd və sənalarla. Həm sıxıntı, həm rahatlıq zamanı Ona şükür edirəm. İlahi! Bizi nübüvvətlə şərəfləndirdiyin üçün sənə şükür edirəm. Quran elmini və dini anlamağı bizə lütf etdin, bizə eşidən qulaq, görən göz və ayıq qəlb verdin. İlahi! Bizləri şükür edənlərdən et! Mən öz yoldaşlarımdan yaxşı və vəfalı yoldaş, ailəmdən daha itaətcil bir ailə tanımıram. Mənə kömək etdiyinizə görə Allah sizə xeyir mükafat versin! Mən bilirəm ki, sabah döyüş qaçılmaz olacaq. Mən sizə icazə verir və beyətimi üzərinizdən götürürəm. Təhlükəli zonadan uzaqlaşmaq üçün gecənin qaranlığından istifadə edin. Hər biriniz mənim ailəmdən birinin əlini tutub kənd və şəhərlərə dağılışın. Bunlar məni istəyirlər, sizinlə işləri olmaz."

Ancaq İmamın (ə) nə ailəsindən, nə də səhabələrindən kimsə o həzrətdən ayrılmağa razı oldu. Hər biri qalxıb özünəməxsus tərzdə sədaqətini bildirdi və tikə-tikə doğransa da Hüseyni (ə) tək qoymayacağını dedi.

İmam (ə) səhabələrindən ayrılıb öz xeyməsinə getdi və dodaqaltı bu şeiri zümzümə etdi:

"Ey ruzigar, bezmişəm səndən. Sən nə pis dostsan! Nə vaxtacan səhər-axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. Ölüm Allahın əlindədir və hamı ölüm yolunu keçəcəkdir."

Həzrət bunu iki-üç dəfə oxudu və Zeynəb (ə) eşitdi. O, pərişan halda İmamın (ə) yanına gəlib dedi: "Kaş ölüm gəlib mənim həyatıma son qoyaydı. Bu gün anam Fatimənin, atam Əlinin və qardaşım Həsənin dünyadan köçdüyü günə bənzəyir. Ey qardaş! Ey gedənlərin canişini və qalanların pənahı!" İmam Hüseyn (ə) Zeynəbə (ə) baxıb buyurdu: "Əziz bacım! Çalış şeytan səbrini əlindən almasın."

Zeynəb (ə) dedi: "Ey Əba Abdullah! Atam-anam sənə qurban! Özünü ölümə hazırlamısan! Canım sənə qurban!" Hüseyn (ə) gözləri dolmuş halda bu məsəli dedi: "Ovçu quşu rahat qoysaydı, yuvasında yatardı". Zeynəb (ə) dedi: "Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu yoxdur və çarəsiz halda ölüm yolunu tutursan."

Bunu dedikdən sonra o, huşunu itirib yerə yıxıldı. İmam (ə) onun üzünə su səpib ayıltdı və buyurdu: "Ey bacım! Təqvanı uca tut, səbirli ol! Bil ki, bütün yer və göy sakinləri öləcəklər və Allah-Taalanın müqəddəs zatından başqa hər şey fanidir. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da getdilər. Hər bir müsəlman Peyğəmbərə (s) iqtida edib onu özünə nümunə bilməlidir."

"Sarəllah" kitabından, səh. 46-47
1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.06.23, 10:00
Gəncə sakini intihar etdi
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
Go to TOP