Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2022

Əbdüləzim Həsəni

İmamzadə Əbdüləzim ibn Abdullah ibn Əli ibn Hüseyn ibn Zeyd ibn İmam Həsən Müctəba (ə) İmam Həsənin (ə) nəvələrindən olub, soy kökü dörd vasitə ilə o həzrətə çatır. Atası Abdullah, anası isə Üqbə ibn Qeysin qızı Fatimədir (yaxud İsmayıl ibn İbrahimin qızı Hayifədir).
O, 173-cü hicri-qəməri ilində (4 rəbius-sani) Mədinə şəhərində yeddinci imamımız İmam Kazimin (ə) imaməti dövründə dünyaya göz açmış və onuncu imamımız İmam Hadinin (ə) imaməti dövründə yetmiş doqquz yaşında ikən vəfat etmişdir. İmamzadə Əbdüləzim Həsəni dörd məsum imamın – İmam Kazim (ə), İmam Rza (ə), İmam Cavad (ə) və İmam Hadinin (ə) imaməti dövründə yaşamış, İmam Rza (ə), İmam Cavad (ə) və İmam Hadidən (ə) bir çox hədislər nəql etmişdir.
Əbdüləzim (ə) İmam Həsənin (ə) nəvələrindən olduğu üçün Həsəni adı ilə tanınmış və əsl-nəsəbi belədir: Əbdüləzim ibn Abdullah ibn Əli ibn Həsən ibn Zeyd ibn Həsən Müctəba (ə). (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 1-ci cild, səh.457.)

Rey səfəri
Bəzi tarixi mənbələrdə göstərilir ki, həzrət Əbüdüləzim Həsəni 250-ci hicri-qəməri ilində İmam Hadinin (ə) mübarək əmri və göstərişinə əsasən, dini təbliğ və şiələrə rəhbərlik etmək məqsədilə İraqdan Reyə yollanır. (“Şenaxtnameye həzrət Əbüləzim Həsəni (ə)”, Əliəkbər Zəmaninejad, 13-cü cild, səh.188.)
İmamzadə Əbdüləzim Həsəni İranın Rey şəhərində dəfn olunmuşdur. Sözsüz ki, onun doğulduğu Mədinə şəhərindən Rey şəhərinə köçməsi və qərib vilayətdə yaşaması həmin dövrə hakim siyasi-ictimai vəziyyətlə əlaqədar olmuşdur. Abbasi xəlifələrinin məsum imamlarla, onların övladları və şiələri ilə amansız və qəddar rəftarları tarixin danılmaz həqiqətlərindəndir. Onların içərisində imamlar və ardıcılları ilə ən pis rəftar edən xəlifələrdən biri də Mütəvəkkil Abbasi idi. Onun xilafəti dönəmində Kərbəlada şəhidlər sərvəri İmam Hüseynin (ə) məqbərəsi dəfələrlə uçurdulmuş və o həzrətin ziyarəti qadağan edilmişdir.
Tarixdə göstərilir ki, onun xilafəti zamanı seyidlər və şiələr acınacaqlı bir şəraitdə yaşamışlar. Həzrət Əbdüləzim Həsəni də Abbasi xəlifələrinin kin-küdurət və düşmənçiliyindən amanda qalmamış və qətlə məhkum edilmişdi. Belə ağır bir dönəmdə Əbdüləzim İraqın Samirra şəhərinə gedib İmam Hadi (ə) ilə görüşür və dini əqidələrini o həzrətə açıqladıqda, həzrət onu təsdiqləyərək buyurur: “Sən bizim dostlarımızdansan!” (“Biharul-ənvar”, 3-cü cild, səh.268.)

Vəfatı
Əbdüləzim Həsəni 15 şəvval 255-ci hicri-qəməri ilində vəfat etmişdir. Onun şəhid olduğunu da yazan tarixçilər vardır.

Əbdüləzimi ziyarət etməyin savabı
Şeyx Səduq Əbdüləzim Həsəninin (ə) qəbrini ziyarət etməklə bağlı belə bir rəvayət nəql etmişdir: “Rey şəhərindən bir nəfər İmam Əliyyən Nəqinin (ə) yanına gedərək belə dedi: Həzrət Seyyiduş-Şühədanın (ə) ziyarətinə nail oldum”. İmam (ə) ona belə buyurdu: “Sizin yanınızda olan Əbdüləzimin qəbrini ziyarət edənin savabı, Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət edənin savabı kimidir.”
İmamzadə Əbdüləzim Türbəsinin tikilməsinin qısa tarixi
İmamzadə Əbdüləzim Həsəninin müqəddəs türbə və ziyarətgahı hazırda Tehranın Rey şəhərində yerləşir. Türbənin binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda yerləşir ki, Ali-Buyyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi tərəfindən tamamlanmışdır.
Hərəm binası aşağıda dördbucaqlıdır və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan meydana gəlməkdədir.
Bu türbədən qədimdən tarixi eksponatlar mövcuddur, o cümlədən Əbdüləzimə aid türbə sandığı ki, istehsal tarixi 1335 miladi ilinə aiddir, iki taxta kitabələri lövhəsi ki, yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü ilinə aiddir.
Şimal kəməraltı ilə qadınlar məscidi arasında iştirak edən böyük taxta qapının hazırlanma tarixi 1498 miladidir və Əmir Teymur dövrü üslublarındandır.
Hal-hazırda ziyarətgahın həyətində kitabxana, zəvvar evi, hamam və tualetlər, nəqliyyat imkanları, maşın parkı, uşaqlar üçün oyun parkı, istirahət parkı, paliklinka, aptek və elmi mərkəzlər tikilmişdir.

Bundan əlavə ziyarətgahda görülmüş müasir işlərdən şəbistan, rəvaq, müsəlla, idarəçilik evi, 100 min cild kitab tutumlu kitabxana, Hədis Elmləri Universiteti və hərəmin ətrafında 20 metrlik xiyaban salınmasına işarə etmək olar.
Ziyarətgahda Şah Əbdüləzimdən əlavə İmamzadə Həmzə və İmamzadə Tahir adlı iki imam övladı da dəfn olunmuşdur. Hərəmin genişləndirilməsi zamanı bu imamzadələrin ətrafında da böyük səhnlər (geniş otaqlar) tikilmişdir.
Bunda əlavə hərəmin ətrafında “Hikmət” mədrəsələri, İsna Əşəri Hüseyniyyəsi, Bafəqi məscidi, Quran qiraəti hüseyniyyəsi layihəsi həyata keçirilmiş, Reydən kənarda isə Hədis Elmləri universitetinin filialı Qum şəhərində tikilmiş, Məşhəd Rey ziyarətgahının tabeliyində olan Kövsər ziyarət evi istifadəyə verilmişdir.

Hərəmdə dəfn edilən üç imamzadənin (Həzrət Həmzə, Həzrət Tahir və Şah Əbdüləzim) qəbirləri bir ortaq karidor ilə birləşdirilmişdir.
Hərəmin qədim eyvanlarından olan “Bağçe Əli Xan” eyvanı müsəlla (böyük izdihamlı camaat namazlarının qılınması üçün yer) kimi istifadəyə verilmişdir.
Həzrət Şah Əbdüləzim ziyarətgahı iyirmi il öncəyədək muzeysiz idi və bu ziyarətgahın qədim əşyaları anbarda saxlanılırdı. Amma son dövrlərdə ziyarətgah üçün “Tuti bağı səhni”ndə muzey də tikilib istifadəyə verilib.
4568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP