Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2023

Sionist rejim daxilində xaos

Son günlər işğal edilmiş Fələstin ərazilərində fələstinli mübarizlərin uşaq qatili olan sionist rejim əleyhinə keçirdiyi əməliyyatlar bu rejim başçılarının kürkünə birə salmaqdan əlavə, həm də onları üz-üzə qoyub, yeni və əvvəldən süst qurulmuş Netanyahu kabinetini laxladıb.

Belə ki, uşaq qatili olan sionist rejimin daxili təhlükəsizlik agentliyinin (Şabak) rəhbəri Ronin Bar bəzi sionist nazirlərin nazirlər kabinetinin son iclasında tələb etdiyi işğal altındakı Qüdsdə əsaslı dəyişikliklərin edilməsi ilə bağlı xəbərdarlıq edib.

Bəzi sionist mənbələr bu rejimin daxili təhlükəsizlik naziri İtamar ben Querin kabinet iclasında “Şuafat” düşərgəsi və işğal altındakı Qüdsün digər bölgələrində komendant saatı elan edilməsini istəyib.
Eyni zamanda sionist rejimin maliyyə naziri Bezalel Smotriç də işğal olunmuş Qüdsdə fələstinlilərin yaşayış məntəqələrinin mühasirəyə alınmasını istəyib.

Bu mənbələr Şabak rəhbərinin bu iki nazirin tələblərinə qarşı çıxdığını bildirir.
Sionist rejimin təhlükəsizlik aparatları hesab edir ki, işğal olunmuş Qüdsdə fələstinlilərə qarşı bu hərəkətlərin həyata keçirilməsi sionist hədəflərə qarşı hücumların artmasına səbəb olacaq.
Sionist rejimin 13-cü kanalı nazirlər kabinetinin iclasında iştirak edən yüksək rütbəli məmura istinadən vurğulayıb ki, Ben Quer indi knesset komissiyasında deyil, kabinetin iclasında olduğunu anlamır.
Telekanal bildirib ki, təhlükəsizlik rəsmiləri Ben Querin təkliflərini ekstremist adlandırıb və bu məsələlərin gərginlik dairəsinin genişlənməsinə, fələstinlilərin Qüds və İordan çayının qərb sahilində işğalçı qüvvələrə və sionistlərə qarşı əməliyyatlarının artmasına səbəb ola biləcəyini açıqlayıblar.

Şabak rəhbəri qondarma rejimin nazirlər kabinetinin son iclasında deyib ki, sionist qüvvələrin oktyabrın 8-də Şuafat düşərgəsində Üdəyy ət-Təmimi əməliyyatından sonra həyata keçirdikləri yolların bağlanması və hərəkətin qadağan edilməsi addımı ağır uğursuzluqla üzləşib.

Sionist rejimin 11-ci kanalı da nazirlər kabinetinin iclası zamanı Ben Quer ilə sionist kabinetin ədliyyə müşaviri arasında söz savaşının baş verdiyini açıqlayıb. Ben Quer məhkəmə köməkçisinə deyib: “Sən mənim yaşadığım torpaqda yaşamırsan, işimizi pozursan, səhər saat 8-də (şəhid) Xeyri Əlqəmin evinin bağlanması əmrini almısan, amma icra etməyi gecikdirmisən.”

Məhkəmə köməkçisi isə “bu əmri səhər almamışam, gecə mənə çatdırılıb” deyə cavab verib.
Sionist rejimin ədliyyə naziri Yario Levin də ona deyib: “Aydın məsələdir ki, ədliyyə müşavirləri zaman ölçüsünü anlamırlar və başa düşmürlər ki, sən tez hərəkət etməsən, hücuma məruz qalacaqsan.”
2071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP