Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2023

Müqavimət cəbhəsi hörümçək yuvasını dəniz, hava və yerdən mühasirəyə alıb

On ildən artıqdır ki, sionist rejim Livan Hizbullahını tam mənada bir ordu hesab edir. Hətta sionist rejimin keçmiş müharibə naziri Aviqdor Liberman da müsahibəsində dedi: “Bu hərəkat (Hizbullah) hərbi cəhətdən NATO-ya üzv olan ölkələrdən daha güclüdür.

“Rəy əl-Yovm” qəzeti bununla bağlı təhlil dərc edərək yazıb: “Sionist rejimin bugünkü rəsmi qiymətləndirmələri təsdiqləyir ki, Hizbullah indi böyük hərbi imkanlara malikdir və onun raketləri qarşıdurma olacağı təqdirdə, işğal olunmuş ərazilərdəki istənilən yeri vura bilər. Təl-Əvivdəki təhlükəsizlik mənbələri yeni bir döyüş olacağı təqdirdə sionist rejimin gündəlik 3500 raket və pilotsuz uçan aparata məruz qalacağını etiraf edirlər. Bunu ehtiyatda olan ordu generalı İsaak Brik bu yaxınlarda bir daha təsdiqlədi.”

Təhlilin davamında bildirilir ki, işğalçı rejim Hizbullahın hərbi arsenalının kəmiyyət və keyfiyyət baxımından gücləndirilməsi prosesinin davam etdirilməsinə nəzarət edir və bu hərəkatın indi sionist rejimlə qurudan, dənizdən və havadan üz-üzə gəlməyə qadir olduğunu bilir. Bundan əlavə, İran bu hərəkatı hər il 700 milyon dollarla dəstəkləyir.

Müəllif daha sonra qeyd edir ki, şimal cəbhəsindəki son hadisələrin ardınca təhlükəsizlik mənbələri tez bir zamanda təsdiqlədi ki, sionist rejim ordusunun hesablamaları Hizbullahın son illərdə dəniz döyüş texnikası əldə etdiyini göstərir. Bu, sionist rejimlə növbəti qarşıdurmanın əhatəsini genişləndirə bilər. Sionist rejim eyni zamanda etiraf edib ki, Hizbullahın dəniz qüvvələri “israil”in döyüş gəmiləri, qaz platformaları, qazma qurğuları və bu rejimin sahillərindəki həssas və strateji obyektləri üçün təhlükədir.

Sionist rejimin radio və televiziyasının məlumatına görə, bu rejimin dəniz donanmasının qarşısında duran ən mühüm problem şimal sərhədlərində bolluq təşkil edən təkmilləşdirilmiş Yaxont raketləri ilə mübarizə aparmaqdır. Sionist ordunun komandirləri şimal bölgəsində onlarla C-802 raketinin olduğunu bildirərək, İkinci Livan Müharibəsində bu hərəkatın həmin raketlərdən az sayda olduğunu bildirirlər.

Məlumatlı sionist mənbələrə görə, Hizbullahın yeni raket təhlükəsi keçmişdən köklü şəkildə fərqlənir, onun raketlərinin uçuş məsafəsi 70 km-dən 700 km-ə qədərdir. Bu o deməkdir ki, sionist rejimin bütün dərinliyi yüksək dəqiqliklə hədəf altındadır.

Bu mənbələr İranın “Fars körfəzi” raketi kimi raketlərin bir qrupunun partlayıcı döyüş başlıqları ilə təchiz edildiyini və uçuş məsafəsinin 500 kilometrə çatdığını iddia edir. Sionist rejim ordusunun hesablamalarına görə, Hizbullahın raketlərinin uçuş məsafəsi 700 kilometrə çatır.
Bu mənbələr İranın həmin raketləri Hizbullaha verdiyini iddia edir. Bundan əlavə, Hizbullah qısa mənzilli bir növ gəmi əleyhinə dəniz ballistik raketi ilə təchiz edilmişdir və dənizdəki sabit və hərəkət edən hədəfləri məhv edə bilir.

Sionistlər iddia edirlər ki, iranlılar mülki hərbi dəniz gəmilərindən hərbi məqsədlər üçün istifadə edirlər və bu gəmilərdə pilotsuz uçuş aparatları, hücum aparatları, qabaqcıl kəşfiyyat vasitələri və elektron döyüş alətləri də daxil olmaqla, yüzlərlə müxtəlif silahlar var.
Sionist mediası Təl-Əviv təhlükəsizlik qurumunun məlumatlı mənbələrinə istinadən bildirir ki, Hizbullah uzaqdan idarə olunan sualtı qayıqlar, pilotsuz uçuş aparatları, qanadlı raketlər və onlarla gəmi əleyhinə raketlərlə təchiz olunub.

Sionist KİV-lərin bildirdiyinə görə, bu rejim ordusu xəbərdarlıq edib ki, birbaşa və dolayı dəniz təhdidlərinin dairəsi artıb və tezliklə bu təhdidlər İraq, Yəmən, Suriya, Livan və Qəzzanı əhatə edəcək və son dövrlərdə İrandan gələn təhlükə daha da güclənib.

Məqalənin son hissəsində vurğulanır: “Sionist hakimiyyət etiraf edir ki, İran İslam Respublikasının rəhbərləri Fars körfəzi və Mekran dənizi (Ərəb dənizi) sərhədlərindən kənara çıxmaq niyyətindədirlər. Beləliklə, gəmilər yalnız sionist rejimin maraqlarını deyil, bütün dünyaya təsir edən dəniz ticarət yollarını təhdid edən bir şəkildə Qırmızı dənizə tərəf hərəkət etdirilib.”
2558 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP