Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2024

Terror qruplaşmasının təsisçisi: İran İsrailə hücum etsə, mənim qəbrimə idrar edin!

İran İslam Respublikasının müsəlmanların əzəli düşməni olan sionist rejimə tarixi hərbi əməliyyatından sonra Pakistanda bir çoxları qadağan olunmuş və terrorçu Cənqavi qruplaşmasının qurucularından olan Haq Nəvaz Cənqavinin qəbrini axtarır.

Buna səbəb onun 30 il bundan əvvəl İran əleyhinə dediyi sözlərdir.
Pakistanın Şueyb News saytı yazıb: Leşkəre Cənqavi terror qruplaşmasının qurucusu Haq Nəvaz Cənqavi 30 il əvvəl etdiyi çıxışında İranın İsrailə hücumunun mümkün olmadığını bildirmişdi. O, demişdi ki, İran İsrailə hücum etsə və mən ölsəm, insanlar gəlib qəbrimin üstünə sidik ifraz etsinlər.

İranın uşaq qatili olan sionist rejimə hücumundan sonra Pakistanda əhali arasında, əsasən də bu ölkənin sosial şəbəkələrində yeni müzakirələr başlayıb və istifadəçilər Haq Nəvaz Canqavinin qəbrinin yerini soruşur, meyitin vəsiyyətinə əməl etməyin vacibliyini qeyd edərək, onun vəsiyyətinə əməl etməyin vaxtı gəlib çatdığını bildirirlər.

Leşkəre Canqavi Əl-Qaidə və Talibanla əlaqəli terror qruplaşmasıdır. Pakistan hökuməti Leşkəre Canqavini qanunsuz elan edib.

Bu terror qrupu Pakistanda yüzlərlə insanın ölümünə səbəb olan çoxsaylı hücum və partlayışlara görə məsuliyyət daşıyır. Son statistik məlumatlara görə, bu qruplaşma 1996-2001-ci illər arasında 350 terror aktı törədib. Bəlucistan qırğını və 2011-ci ildə Əfqanıstanın Kabil və Məzari-Şərif şəhərlərində Aşura günü intihar hücumlarına görə də məsuliyyət Leşkare Canqavi qruplaşmasının üzərinə düşür.
3465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP