Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2024

İmam Rzanın (ə) məhərrəm ayı və İmam Hüseyn ilə bağlı Rəyyana tövsiyələri

Rəyyan ibn Şəbib deyir: “Mən məhərrəm ayının birinci günü İmam Əli ibn Musa Rzanın (ə) yanına getdim. Həzrət buyurdu: - Ey Şəbibin oğlu! Oruc tutmusan?
Dedim: - Xeyr! Həzrət buyurdu: - Bu gün elə bir gündür ki, Zəkəriyya peyğəmbər Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak övlad əta et ki, həqiqətən, Sən duanı eşidənsən.”
Allah-Taala Zəkəriyya peyğəmbərin duasını qəbul etdi. O, ibadət mehrabında namaz qılıb, raz-niyazla məşğul olarkən mələklər ona müraciət edib dedilər: “Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir.”

- Ey Şəbibin oğlu! Hər hər kim bu günü (Məhərrəm ayının birinci günü) oruc tutub Allahdan istək və hacətlərini diləsə, Allah-Təala Zəkəriyyanın duasını qəbul etdiyi kimi, onun da istək və hacətlərini qəbul edər.”

Sonra İmam (ə) buyurdu: - Məhərrəm bir aydır ki, keçmişdə cahillik dövrünün insanları bu aya ehtiram edərək döyüşü tərk edir, hətta onu haram bilirdilər.
Amma bu ümmət bu ayın, eləcə də, öz Peyğəmbərinin (s) ehtiramını saxlamadılar. Bu ayda onun övladını qətlə yetirdilər, əhli-əyalını və qadınlarını əsir etdilər, onların xeymələrinə od vurdular, malımızı qarət etdilər. Allah onları heç zaman bağışlamasın!

- Ey Şəbibin oğlu! Əgər ağlasan, Hüseyn ibn Əli ibn Əbu Talib (ə) üçün ağla. Onun başı qoç başı kimi kəsilib və onunla birlikdə ailəsindən on səkkiz kişini də şəhid etdilər. Bu öldürülənlərin yer üzündə bənzəri yox idi. Onların şəhadətində yeddi göy və yer ağladı. Aşura günü dörd min mələk o həzrətə köməyə gəldilər, lakin artıq o həzrət şəhid olmuşdu. Ona görə də qəm-qüssəli və pərişan halda onun pak qəbrinin ətrafına məskunlaşdılar ki, həzrət Qaim (əc) zühur edəndə qiyama qalxsınlar. Onlar həzrət Məhdinin (əc) köməkçilərindən olacaq və şüarları “Ya ləsaratəl-Hüseyn”dir.

- Ey Şəbibin oğlu! Atam mənə öz atasından və o da babasından hədis nəql etdi ki, cəddim Hüseyn (ə) şəhid olduqda göydən qan və qırmızı torpaq yağdı.

- Ey Şəbibin oğlu! Əgər Hüseyn (ə) üçün yanaqlarından göz yaşı axan şəkildə ağlasan, Allah kiçik və böyük, az və çox bütün günahlarını bağışlayacaq.

- Ey Şəbibin oğlu! Əgər Allahla günahın olmadığı halda görüşmək istəyirsənsə, Hüseyni (ə) ziyarət et.

- Ey Şəbibin oğlu! Əgər cənnətdə tikilmiş otaqlarda Allahın Rəsulu (s) və onun ailəsi ilə bir yerdə olmaq istəyirsənsə, Hüseynin (ə) qatillərinə lənət oxu.

- Ey Şəbibin oğlu! Əgər Aşura gününün şəhidlərinin savabına nail olmaq istəyirsənsə, hər vaxt İmam Hüseyni (ə) xatırlasan de: “Ey kaş, mən də sizinlə birlikdə olaydım və sizin nail olduğunuz böyük feyzə çataydım.”

- Ey Şəbibin oğlu! Əgər biz Əhli-beyt ilə cənnətin yüksək dərəcələrində olmaq istəyirsənsə, bizim qəmli günlərimizdə qəmli ol və şad günlərimizdə şad ol və həmişə bizim vilayətimizi qəbul et. Çünki əgər bir şəxs bir daşı da sevsə, Allah-Təala qiyamət günü onu həmin daşla məşhur edəcək.

Mənbə: “Uyunu Əxbarur-Riza (ə)”, c. 1, səh.399; “Əmali”, Şeyx Səduq, səh.190.
3937 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP