Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2025

Kumeyl duası ilə bağlı xatirə

Rusiyanın Dağıstan Universitetinə gedirdim. Yolun qırağında gördüm ki, bir kilsənin qapısı açıqdır. Xristianların kilsədə nə etdiklərini bilmək mənə maraqlı idi. Kilsəyə girib oturdum. Ruhani ata kişilər və qadınlar arasında cib kitabçaları paylayırdı. Birini də mənə verdi.
Çox təəccüblü idi; kitabçada "Kumeyl duası" və onun rusca tərcüməsi yazılmışdı!
Bu kitabçaları biz İranda çap etdirib Rusiyadakı müsəlmanlar arasında paylamışdıq. Bunlar kilsəyə necə gəlib çıxmışdı?

Ruhani atadan soruşdum:
- Bu mətnin nə olduğunu və kim tərəfindən inşa edildiyini bilirsinizmi?

Cavab verdi: - Mən yalnız bunun bir dua olduğunu bilirəm. Amma kim tərəfindən inşa edildiyini bilmirəm.
Dedim: - Bəs bu duanı oxumağınızın səbəbi nədir?
Dedi: Mən onun məzmununa baxdım. Gördüm ki, Allahla danışmaq üçün bundan daha yaxşı söz yoxdur! Neçə vaxtdır öz dualarımızı bir kənara qoyub bu duanı oxuyuruq?
İranın Moskvadakı səfirliyinin keçmiş mədəniyyət attaşesi Abuzər İbrahimi Türkmanın xatirələrindən

Kumeyl duasından bir parça
“Ey mənim Allahım! Rəbbim, Sahibim və Mövlam Sənsən! Heç bilmirəm hansı günümə ağlayım: əzabın böyüklüyünəmi yoxsa şiddətinə, fasiləsizliyinəmi yoxsa müddətinə?! Tutalım ki, məni düşmənlərinə tay tutub cəzalandırdın, qəzəbinə gəlmişlərlə bir araya gətirdin, sevdiklərindən və övliyalarından ayrı saldın. Bunlara dözsəm də, Sənin ayrılığına necə dözəcəm, necə?! Tutalım ki, cəhənnəm atəşinə tab gətirmək mümkündür. Bəs Sənin kərəmini görə-görə, bu atəşə necə tab gətirmək mümkündür?! Sənə ümidlə daşan qəlbin cəhənnəm sakini olması necə mümkündür?!”

Dua haqqında
Kumeyl ibn Ziyad deyir: Bir gün mövlam İmam Əli (ə) ilə Bəsrə məscidində oturmuşdum. Həzrətin səhabələrindən bir qrup da orada idi. İmamdan (ə) Allahın buyurduğu “Hər hikmətli iş o gecə ayırd edilir” ayəsinin mənası haqqında soruşduq. Həzrət buyurdu: “O gecə, Şəban ayının orta gecəsidir. And olsun O kəsə ki, Əlinin canı Onun qüdrət əlindədir, bütün bəndələr üçün üz verən yaxşı və ya pis hər şey Şaban ayının ortası gecəsi ilin sonuna qədər ona paylanır. Hər bir bəndə o gecəni ibadətlə keçirsə və həzrət Xızrın duasını oxusa, duası qəbul olar.”

Kumeyl deyir: İmam (ə) öz evinə gedəndən sonra mən həmin axşam onun evinə getdim. Həzrət nə üçün gəldiyimi soruşdu. Dedim ki, Xızr duasını öyrənmək üçün gəlmişəm.
Əmir əl-möminin (ə) buyurdu: Əgər bu duanı əzbərləsən, onu hər cümə axşamı və ya ayda bir dəfə, ya da ildə bir dəfə və ya ən azından ömrünüzdə bir dəfə oxu, beləliklə, işlərinə kifayət edər, Allah sənə kömək edər, ruzin artar, əlbəttə ki, bağışlanmaqdan məhrum olmayacaqsan. Ey Kumeyl, sənin bir müddətdir ki, bizə yoldaş və səhabə olmağın məni belə bir nemət və ehtiramla sənə ehtiram göstərməyə səbəb oldu. Ey Kumeyl, yaz: “İlahi, Səni and verirəm hər şeyi ağuşuna almış rəhmətinə...”

Seyid ibn Tavus, “İqbalul-əmal” kitabı, səh. 220.
1173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP