Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2025

5 milyon zəvvar Kərbəlada İmam Məhdinin (əc) mövlud bayramında iştirak edib

İraqın “Alsumaria” xəbər agentliyinin verdiyi məlumata görə, Nəsif əl-Xəttabi cümə günü bildirib ki, 5 milyondan çox zəvvar Şaban ayının ortası İmam Məhdinin (əc) mövlud günü Kərbəlada keçirilən mərasimdə iştirak edib.

Kərbəla vilayətinin valisi Əl-Xəttabi Kərbəla əməliyyatının komandiri və polis rəisi ilə birgə mətbuat konfransında deyib: “Kərbəla valiliyi bu gün sağlamlıq, nəqliyyat və xidmət kimi üç sahədə təhlükəsizlik və xidmət planının tam təfərrüatları ilə layihələrin uğurla həyata keçdiyini elan edir.”

Kərbəla valisi bildirib: “İraqın daxili işlər naziri, ordu qərargah rəisi, quru qoşunlarının komandanı Əbdül Əmir Əl-Şəmmarinin birbaşa iştirakı, eləcə də Həşd-Şəbi qüvvələri, ordu və polis qüvvələri, Milli Təhlükəsizlik Xidməti, kəşfiyyat və dəstək təşkilatları, mülki müdafiə qüvvələrinin iştirakı ilə təhlükəsizlik planı uğurla həyata keçirildi.”

Vali qeyd edib ki, Kərbəlada builki Şaban ayının ortası mərasimində 5 milyondan çox iraqlı və xarici zəvvar iştirak edib.
İraq Daxili İşlər Nazirliyindəki mənbələrə görə, bu il Kərbəlaya gələn xarici zəvvarların əksəriyyəti iranlı zəvvarlar, daha sonra Fars körfəzindəki ərəb ölkələrindən, xüsusilə Oman və Bəhreyndən gələn zəvvarlar olub.

İranda da bu il Şəban ayının ortasında İmam Məhdinin (əc) mövlud gününü qeyd etmək üçün Qum şəhərində yerləşən Cəmkəran məscidinə toplaşanların sayının 4 milyondan çox olduğu bildirilir. Cəmkəran məscidi idarə rəhbərliyinin bildirdiyinə görə, zəvvarları Peyğəmbəri-Əzəm bulvarında və müqəddəs Cəmkəran məscidinin ətrafında 800-dən çox iranlı və qeyri-iranlı heyət qarşılayıb.
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP