Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2018

İran və Avropa Yəmən böhranını müzakirə edib

İran və Avropa ölkələri cümə axşamı günü İtaliyada Yəmən böhranını müzakirə ediblər.
Müzakirələr İranın xarici işlər nazirinin baş müşaviri Hüseyn Cabiri Ənsari, Avropa Birliyinin xarici siyasət üzrə sədr müavini Helga Şmit, İtaliya, Almaniya, Fransa və İngiltərə ölkələrinin siyasət və təhlükəsizlik nazirliklərinin rəhbərləri arasında baş tutub. Yəməndə baş verən son hadisələrin müzakirə olunduğu görüş İraliyanın XİN-nin binasında bağlı qapılar arasında keçirilib.
Hüseyn Cabiri Ənsari iclasdan sonra müzakirənin Yəmən bohranının aspektlərinin araşdırılması və böhrandan çıxış yolunun tapılması istiqamətində olduğunu bildirərək deyib: “Yəmən böhranı, xüsusilə də bu ölkədə baş verən humanitar böhran çox dəhşətli bir vəziyyət alıb. Biz bir xalqın geniş insani faciə və sakit ölüm yaşadığının şahidiyik.”
Ənsari Yəmən böhranında İranın mövqeini açıqlayaraq deyib: “İran İslam Respublikasının regional siyasətdə məqsədlərindən biri də Yəməndə böhrana son qoymağa təlaş etməkdir.”
Yəmən böhranı istiqamətində Avropa ölkələri ilə danışıqların yaxşı keçdiyini vurğulayan İran nümayəndəsi deyib: “Yəməndə indiki vəziyyətdən çıxış üçün lazım olan addımların atılması və proseslərin gedişi barədə qarşılıqlı güvən əsasında yaxşı müzakirələr oldu. Ümidvarıq ki, bu anlaşmanın izlənilməsi və icrası ilə Yəmən böhranın həllində daha təsirli və əməli addımlar atılacaq.”
Hüseyn Cabiri Ənsarinin sözlərinə görə müzakirələrin ikinci mərhələsi iyunun 2-də baş tutacaq.


4179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP