Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2022

Yəmənli komandir: Növbəti hədəfimiz Ərəbistan koalisiyasının iqtisadi və neft mərkəzləridir

Yəmən Ordusunun Sahil Müdafiə Diviziyasının komandiri Məhəmməd Qadiri təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasını Yəmənin neft ehtiyatlarına müdaxilə və ziyan vurmaqdan çəkinməyə çağırıb.
“Əl-Xəbərul-Yəməni” xəbər saytı Qadiriyə istinadən məlumat bildirib ki, dünən Həzrəmövt əyalətindəki “Əl-Dəbə” limanına edilən hücum heç bir gəminin Yəmənin neft və ehtiyatlarını talamaq həvəsinə düşməməsi üçün bir xəbərdarlıq idi və bu hücum uğurlu alındı.
O, Yəmənin donanma və sahil müdafiəsi qurulmasına vaqif olduğunu vurğulayaraq deyib: “Yəmənin vəziyyəti tələb edir ki, əcnəbilərin tamahkar baxışları ucbatından bölgə sularını qoruyan əhəmiyyətli bir gücə çevrilsin.”
Yəmənli komandir müharibə illərində bu ölkənin donanmasının qüdrətinin artmasının Ərəbistan-Amerika koalisiyasının hesablamalarını alt-üst etdiyinə işarə edərək deyib: “Bu qüvvə koalisiyaya məxsus döyüş gəmilərini hədəfə ala bilər.”
Yəmən silahlarının hərbi tarazlığın dəyişdirilməsində mühüm rol oynadığını vurğulayan Qadiri deyib ki, təcavüzkar Ərəbistan koalisiyası Yəmənin Qırmızı dəniz və Babul-Məndəbdə çəkindirici balans yarada biləcək silahlarının və hərbi gücünün olduğunu bilir.
Sahil Müdafiə Diviziyasının komandiri Yəmənin dünən əd-Dəbə limanına hücumlarını Yəmənin neft və suveren resurslarının koalisiyanın talanı üçün olmadığına dair mesajlar daşıması kimi qiymətləndirib, Sənanın təcavüzkar koalisiya ölkələrinin neft ehtiyatlarını və həssas iqtisadi mərkəzlərini hədəf alacağını vurğulayıb.
Dünən (cümə) günorta saatlarında təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasının işğalı altında olan Həzrəmövt əyalətinin mərkəzi Makla şəhərinin şərqində yerləşən Əl-Dəbə limanında iki partlayış baş verib. Bu partlayışlar neft yükləri daşıyan gəminin gəlməsi ilə eyni vaxtda baş verib. Partlayışlara səbəb pilotsuz təyyarələrin hücumu olub. Nəhəng neft tankeri iki milyon barel xam nefti ötürmək üçün sözügedən limana daxil olarkən dərhal bu partlayışlar baş verib. Tanker Həzrəmövtun qərbindəki “Əl-Məsilə” yataqlarından yığılan nefti naməlum istiqamətə daşımaq niyyətində olub.
Bir neçə saat sonra Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bəyanat yayaraq bu partlayışların Yəmən qüvvələrinin hücumları nəticəsində baş verdiyini açıqlayıb. O, bu hücumu Yəmən neftinin talanmasına mane olmaq üçün “sadə bir xəbərdarlıq hücumu” adlandırıb.


2941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP