Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2024

Ənsarullah lideri: Əməliyyatlarımız artan bir proseslə davam edəcək

Ənsarullah lideri: Yəmən Ordusunun İsrailin Qəzzəyə təcavüzünü dayandırmaq üçün həyata keçirdiyi əməliyyat genişlənən proseslə davam edir

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi sionist işğalçıları ilə mübarizədə bütün İslam ümmətinin iştirakının vacibliyini vurğulayaraq deyib: “Yəmən Ordusunun İsrail rejiminin Qəzzə zolağına qarşı təcavüzünü dayandırmaq üçün həyata keçirdiyi əməliyyat genişlənən bir proseslə davam edir.”

Yəmən Ənsarullah Hərəkatının Baş katibi Əbdülməlik əl-Husi keçən gün axşam saatlarında Yəmən Ordusunun Qırmızı dənizdə sionist rejim gəmilərinə və ya bu rejimlə əlaqəli gəmilərə, eləcə də Amerika və İngiltərə gəmilərinə qarşı əməliyyatlarının davam etdirilməsini vurğulayaraq deyib: “Qəzzə zolağına qarşı təcavüz dayandırılana və bu ərazinin blokadası götürülənə qədər raket əməliyyatlarımız və dəniz əməliyyatlarımız artan bir proseslə davam edəcək.”

Hərəkat lideri deyib: “Düşmən üçün təəccüblü və qeyri-adi olan əməliyyatımızın nəticələrindən biri də “Eyzenhauer” aviadaşıyıcısının Qırmızı dənizdən çıxarılması oldu.”

“ABŞ təyyarədaşıyan gəmilərin çıxarılmasından sonra İsrailə mümkün qədər xidmət etmək üçün səudiyyəliləri tələyə salmaq istiqamətində hərəkət edir” - deyə, Ənsarullah lideri vurğulayıb.

Əbdülməlik əl-Husi bildirib: “Səudiyyə rejiminə tövsiyə edirəm ki, xalqımızın xəbərdarlıq və şüarlarına qulaq assın, Amerika və İsrailə yanlış yardım yolundan əl çəksin.”


2794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP