Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2024

Yəmən Ordusunun Ədən körfəzində bir gəmiyə qarşı dron-raket hücumu

Yəmən Silahlı Qüvvələrinin sözçüsü işğal olunmuş ərazilərin limanlarına doğru hərəkət qadağasının pozulması səbəbindən Ədən körfəzində bir gəminin hədəf alındığını açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri general-mayor Yəhya Sarii bildirib: “Ədən körfəzində “GROTON” gəmisini hədəf alan hərbi əməliyyat keçirdik. Çünki onun sahibi olan şirkət işğal olunmuş Fələstinin limanlarına girişin qadağan edilməsi qanununu pozmuşdu.”

Yəmən Silahlı Qüvvələrinin sözçüsü əlavə edib: “Bu əməliyyata Hərbi Dəniz Qüvvələri, raket və pilotsuz təyyarələr cəlb olunub. Bu əməliyyat gəminin dəqiq və birbaşa vurulması ilə nəticələndi.”

“Bu, GROTON gəmisinin ikinci dəfə hədəfə alınması idi. Avqustun 3-də bu gəmi ilk dəfə Yəmən qüvvələri tərəfindən vurulmuşdu”- deyə, Yəhya Səri bildirib.


3312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP