Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2024

Yəmən işğalçıların Təl-Əvivdəki bazasına hipersəs raketlə dəqiq zərbə endirdi

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi "Fələstin 2" hipersəs ballistik raketi ilə Təl-Əvivin şərqindəki sionist rejim ordusunun bazasına raket hücumunu xəbər verib.

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii deyib: ““Fələstin 2” hipersəs ballistik raketi ilə işğal altındakı “Yaffa” (Təl-Əviv) ərazisinin şərqində düşmən İsrailin hərbi bazasını hədəf alaraq xüsusi hərbi əməliyyat keçirdik.”

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bildirib: “Allahın lütfü ilə hipersəs raketi Amerika və İsrailin izləmə sistemlərindən yan keçərək hədəfinə çata bildi.”

“Bu əməliyyat Əl-Əqsa Tufanı əməliyyatına, məzlum Fələstin və Livan xalqına, onların müqavimətinə dəstək istiqamətində vəd edilmiş qələbə və müqəddəs cihad döyüşünün şiddətlənməsinin beşinci mərhələsi çərçivəsində həyata keçirildi” - deyə, Yəhya Sərii əlavə edib.


1723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.02.25, 10:31
Tramp Putinlə danışdı
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
Go to TOP