10 yaşlı Əli Əmini hazırda Quranı tam əzbər bilir və Quran hafizi kimi tanınır. O bu müvəffəqiyyətini Allaha təvəkkül və ata-anasının təşviqi ilə əlaqələndirir. Əli Əmini Qumda yaşayır, 6-cı sinifdə təhsil alır. O bildirir ki, 1-ci və 4-cü sinif istisna olmaqla dərs proqramlarını fərdi qaydada, evdə hazırlaşıb imtahan verməklə başa çatdırıb. Onun bütün qiymətləri əladır.
Əli Əmini deyir:
Gözümü açandan evimizdə Quran fəzası olub. Ata-anam tələbə idilər. Məndə Quranı əzbərləməyə həvəs yarandı və ata-anamın köməyi ilə bu işə başladım. Əvvəlcə kiçik hissələri əzbərləyirdim. Bəzən cəmi bir cümlə əzbərləyə bilirdim. Tədricən ayələri artırdım və gündə 3, 3 səhifə yarım əzbərləməyə başladım. Həmin vaxt ayələrin tərcümə və təfsirini də əzbərləyirdim.
Anam mənim ustadım olub. Demək olar ki, Quranı əzbər bilir. Atam Quranı tam əzbər bilməsə də bu istiqamətdə çalışır.
Məktəb mühitindən kənarda müstəqil oxumaq çətin olsa da Quranın nuru sayəsində buna nail oldum. Əlbəttə ki, bu sahədə ata-anamın zəhməti çox olub.
Quran insanın istedadlarını çiçəkləndirir. Quran əzbərləmək sayəsində hafizəm güclənib. Bir neçə sinifin proqramını evdə hazırlayıb uğurla imtahan vermişəm. Müəllimlər sinifdə olmağımı münasib saysalar da Quran sayəsində evdə hazırlaşmaqla qiymətlərim yüksək olub.
Azyaşlı Quran hafizi qeyd edir ki, Quranı tam əzbərlədikdən sonra iş başa çatmır, həftədə bir dəfə bütün Quranı oxumaq lazımdır. Əli deyir ki, həftədə bir dəfə Quranı oxumaqla yanaşı təhsilimi davam etdirirəm, təfsir dərslərimə ciddi yanaşıram.
Əli Əmini deyir: “Quran əzbərlədiyim 4 ildə çox şeylər öyrəndim. Təcrübədə gördüm ki, mənalarını bilmədən oxuduqda belə ayələri əzbərləməyin böyük təsiri var. Quran hifzi sayəsində insan dinlə yaxından tanış olur, onun mənəviyyatı güclənir. Quranla yaxın olan insan Allahdan uzaq ola bilməz. Artıq namaz qılmaq onun üçün ağır iş deyil. Quran mənaları ilə tanış olanda başqa dini elmlərin də təhsili asanlaşır. Amma Qurandan uzaqlaşanda tədircən Allahdan da uzaqlaşırsan. Qurandan uzaqlaşan insan özünə nəzarəti itirir.
Əgər bir şəxs ata-anaya hörmət ayələrini oxuyub onların mənasını dərk edirsə, qeybət və yalan ayələrinin məfhumunu anlayırsa təbii ki, onda əxlaqi keyfiyyətlər güclənir. Əminəm ki, Quran ayələrinin mənasını bilmədən də onları əzbərləsən həyatında ruhani dəyişikliklər yaranacaq. Təbii ki, mən də başqa uşaqlar kimi yaşıdlarımla oynamağı sevirəm. Uşaq oyunları maraqlıdır. Boş vaxtlarımda dostlarıma dərs keçirəm. Xüsusi ilə yay aylarında boş vaxt çox olur, uşaqlarla həm oynayır, həm də onlara Quran öyrədirəm. Dostlarımla münasibətim normaldır və mənim Quran hafizi olmağım onlarda həvəs yaradır. Onların arasında iki cüzə qədər Quran əzbərləyən var. Mən 4-cü sinifdə oxuyanda uşaqlar xəbər tutdu ki, Quranı əzbərləyirəm. Məktəbdə Quran əzbərləmək istəyənlər üçün vaxt ayırdım. Ata-anamın məndə bu işə maraq oyatması köməyim olub və zəhmətlərinə görə onlara təşəkkür edirəm.
Nur-az.com