Размер шрифта:
A+
A
A-
15 Февраль 2015

Şəhid qızı, şəhid bacısı ata və qardaşının sağ olduğuna inanır...

Fatimə deyir ki, şəhadət onun atası, hətta qardaşı ilə əlaqələrinə son qoymayıb: Onların varlığını hər gün hiss edirəm. Onlar sağdır, mən buna əminəm!
Onunla danışıram, mənə cavab verir!

Şəhid İmad Muğniyənin qızı, şəhid Cihad Muğniyənin bacısı Fatimə ilə söhbət

Şəhid Muğniyənin qızı: Hizbullahın cihad üzrə müavininin qızı olduğumu bilmirdim… Həzrət Ağanın Hacı İmada bağışladığı Quran…

Fatimə deyir ki, şəhadət onun atası, hətta qardaşı ilə əlaqələrinə son qoymayıb: Onların varlığını hər gün hiss edirəm. Onlar sağdır, mən buna əminəm!

Məşriq saytı yazır: Fatimədən atası haqqında nə düşündüyünü soruşanda susdu. Təsəvvür edir ki, hacı Rizvan qarşısında dayanıb. Deyir ki, sükutunun gözəlliyi üçün darıxıram; varlığının sehri üşün darıxıram; ona baxmağı sevirdim; bəzən həmin səhnələrin təkrarlanmasını arzulayıram; onlar Allah adamları idi; mən atama bənzəyirəm, Cihad da ona bənzəyirdi…

Suməyyə Əli Əl-Minar şəbəkəsində yazır: Fatimə bizi mənzilində qəbul etdi. Öncə qısa telefon söhbətimiz olmuşdu. Elə həmin söhbətdə hacı Rizvan haqqında müsahibənin vaxtını təyin etdik…

Nəzakətlə, sərbəst şəkildə bizi qəbul edir. Üzündə təbəssüm var. Bu təbəssümdə əzizlərini itirməklə bağlı qəm-qüssəyə yox dediyi hiss edilir. O hamıdan yaxın olduğu qardaşını, atasını itirib. Atasını düz yeddi il öncə görmüşdü.
Son görüş… Fatimə İmad Muğniyə həmin günə qayıdır. Hər şey son xırdalıqlara qədər sanki gözləri önündədir. Gülümsünür. Deyir: Atam bir fincan qəhvəni başına çəkdi. Özü də sürətlə. Mən qəhvəni özüm üçün hazırlamışdım. Soruşanda ki, qəhvə içirsən, demişdi yox. 2008-ci il, 9 fevral, şənbə, gecə vaxtları idi. Atam çərşənbə axşamı şəhid oldu. Qardaşımı son dəfə cümə axşamı gördüm. İki gün sonra şəhid oldu. Atam şəhadətindən qabaq mənim evimə gəldi. Anam da bizimlə idi. Həmin gecə televiziyada Suriya filmi gedirdi. Komediya idi. Filmə baxıb xeyli güldük…

Otaqda atasından qalmış bir yadigar axtarır. Bunu biz istədik ki, müsahibə bir qədər səmimi, canlı olsun. Deyir ki, siz məni keçmişə qaytardınız. Birdən divardakı şəkilə baxır. Bu şəkildə atası körpə Fatiməni qucağına alıb. Şəkili divardan ehtiyatla götürüb bizə verir. Həmin şəkillə yanaşı başqa bir şəkil də var. Həmin şəkildə Fatimə ata-anası, qardaşları ilə birlikdədir. Şəkilə baxıb Livan ləhcəsində danışaraq Cihadı xatırlayır. Şəkildə anası da olduğu üçün həmin şəkilin yayımlanmasına icazə vermir və buna görə üzr istəyir. Sonra uşaqlıq dövrünü xatırlayır…
Deyir nə qədər ki uşaq idim Hizbullahın cihad üzrə müavininin qızı olduğumu bilmirdim. Fatimə anasının onların atalarının harada olması barədə suallarına necə cavab verdiyini xatırlayır. Deyir ki, anam hər şeyi İmam Zamanın (əc) zühuru ilə əlaqələndirirdi və deyirdi atanız İmam zühur edəndən sonra gələcək. Fatimə deyir: Anam atamın işlərinin müqəddəs olduğuna inandırır və suallarımıza bu müstəvidə cavab verirdi.

Fatimə atasının təhlükəsizliyinin təmininin ailə həyatının bir hissəsinə çevrildiyini yada salaraq deyir: Anam daim təkrarlayırdı ki, o işini təxirə sala bilməz, hara getdiyini soruşmamalıyıq, telefon söhbətlərinə qulaq vermək olmaz. Biz də bu tələbləri yerinə yetirirdik… Amma çox tez dərk etdim ki, bir neçə ölkənin təhlükəsizlik xidməti onu izləyir. Bunu bir bəzi məsələlərə diqqətindən hiss etmişdim.

Fatimə qardaşları ilə birlikdə atalarını necə qoruduqlarını yada salır: Bütün vücudumuzla çalışırdıq ki, fotoşəkili haradasa çap olunmasın. Onun öz şəkilləri, bizimlə birlikdə olan şəkillərini gizli saxlayırdıq. Ondan icazəsiz şəklini çəkməzdik. Diqqətli idik ki, kimsə xəbərdarlıq etmədən onun şəklini çəkməsin. Onu qorumaq bizim üçün əsas işlərimizdən birinə çevrilmişdi. Bizə yaxınlaşan adamlara diqqətli idik. Ev ünvanımız da həmişə gizli saxlanılırdı. Bir müddət ikiotaqlı bir mənzildə yaşadıq. Bütün məhdudiyyətlərə baxmayaq anam evdə elə ab-hava yarada bilmişdi ki, özümüzü xoşbəxt hiss edirdik.

Fatimə atası ilə maşın gəzintilərini xatırlayır. Deyir ki, “Hüseynin qılıncını sivirib, sübh ayağa qalxanlarla qalx” sürudunu birlikdə oxuyurduq, atamın gözəl səsi vardı.
Deyilənlər Fatimənin gündəlik həyatının bir hissəsi olub. Fatimə zaman ötdükcə şəxsiyyətinin formalaşmasını xatırlayır: Atamın şəxsiyyətinin tələbi ilə rabitələrimiz ciddiləşirdi. Bizim rabitələrimiz heç vaxt gündəlik həyat tələbləri səviyyəsində olmamışdı. Biz ondan soruşurduq ki, qarşıda hansı hadisələr baş verəcək, onun mövqeyi necə olacaq? (Bu məqamda çöhrəsində bir həsrət müşahidə edilir) Əgər bizimlə qalsaydı söhbətlərimiz daha da dərinləşəcəkdi. Sözsüz, etiqad, əqidə ilə bağlı söhbətlərimiz olacaqdı. Cihad deyirdi ki, bacı, atam qalsaydı çox xoş olacaqdı. Atam görəndə ki, biz yetkinləşirik, baxışlarımız dərinləşir çox sevinirdi. Atamın şəhadəti zamanı biz körpə idik. Xüsusilə Cihad kiçik idi.

Biz Fatimədən atası haqqında daha geniş danışmasını istədikdə atasının imtahanda onun köməyinə gəlməsini xatırlayır: Siyasi Elmlər ixtisası üzrə idarətetmə fənnindən imtahanım vardı. Atam kitabı məndən alıb xülasələşdirdi, konspekt tutdu. Sonra məni iş yerlərindən birinə aparıb yazı lövhəsində şərh verməyə başladı. Beləcə imtahana hazır oldum. Atamın yaradıcılığa marağı böyük idi. Bir dərslik istədikdə öz konspektini, xüsusi bir mətn verərdi. Həmişə dəyişmək, inkişaf etdirməyə çalışırdı. Ona görə də İmad Muğniyə idi. Əlavələri də gözəl olurdu.

Bir qədər susub nəsə xatırlayır: Toyumda əvvəldən axıra qədər iştirak etdi. Bir neçə şəkil də çəkdirdik. Mən onun təhlükəsizliyinə görə o qədər narahat idim ki, toyumu yaddan çıxarmışdım. Baxırdım ki, kimsə onun şəklini çəkməsin.
Fatimə nəhayət atasından bir yadigar tapdı. Atasının otağından bir Quran gətirib dedi ki, bu Quranı həzrət Ağa atama bağışlayıb.
Sonra atasının xoşladığı, xoşlamadığı şeylərdən danışır. Onun sevdiyi Livan xörəklərini yada salıb deyir: Siqaret və qəlyana nifrət edirdi. Müqavimət aşiqi idi. Yaxşı müsiqiləri sevirdi…
Fatimə deyir ki, şəhadət onun atası, hətta qardaşı ilə əlaqələrinə son qoymayıb: Onların varlığını hər gün hiss edirəm. Onlar sağdır, mən buna əminəm! Bir gün etiqadi bir sualla rastlaşdım. Atamla danışmağa başladım. Cavabını ondan soruşdum. Başqa bir dillə sualıma cavab aldım. Bu cavabda atamın ruhu vardı. Dəfələrlə yuxuda görmüşəm, danışmışam, üzündən öpmüşəm.

Fatimə Muğniyənin qızı olaraq məsuliyyət hiss etdiyini deyir: Saxavətli olmalıyam. Xalqı sevməyi öyrənməliyəm. Tez qəzəblənmək olmaz. Xalqla ünsiyyətdə olmaq, onları dinləmək lazımdır.
Sual veririk ki, atası ilə görüşsəydi nə deyərdi? Deyir: Onunla mədəniyyət haqqında danışardım. Ölkəmizin bu sahədə inkişafını istəyirəm. Qərb mədəniyyətini səhnədən çıxaracaq bir mədəniyyət lazımdır. Atamla danışardım ki, elm hövzəsini həyatın reallıqlarına necə yaxınlaşmaq olar? Bütün xalqın anlaya biləcəyi rəvan dərs proqramlarının hazırlanması barədə danışardım.
Fatimə atasının şəhadətindən sonra da onun himayəsini hiss edir: Onun yanında və ondan uzaqda bir təhlükəsizlik hiss edirdim və edirəm. Hiss edirəm ki, düşmən rahatlıq üzü görməyəcək.
Fatiməyə müsahibəyə görə təşəkkür edirik. Bizə xura qurusu və qoz ləpəsi təklif edir. Sonra atasının təbəssümünə oxşar bir təbəssümlə bizi yola salır.


Vilayet.nur-az.com
7582 dəfə baxılıb
ожидание...