Xəstəliklərə qarşı duz...
Həzrət Peyğəmbər (s) buyurur: Allah-Taala Həzrət Musaya (s) vəhy etdi ki, yeməyə duzla başla və yeməyi duzla başa çatdır. Duzda yetmiş xəstəliyin dərmanı var, bu xəstəliklərin kiçiyi dəlilik, cüzam, ala, boğaz ağrısı, diş və qarın ağrısıdır.
Burunu qorumaq üçün...
Dəstəmaz aldığınız zaman burnunuza azca su çəkin və geri qaytarın... Həzrət (s) buyurur: Kim yuxudan oyanıb dəstəmaz alsa üç dəfə burnuna su alıb qaytarsın. Çünki şeytan burunda yuva qurar.
Cinsi yaxınlıqdan sonra...
Həzrət Peyğəmbər (s) buyurur: Cinsi yaxınlıqdan sonra sidiyə gedib qüsl verməsən kanalda qalan məni çarəsiz xəstəliyə səbəb olar.
Dərhal qüsl!
Həzrət Peyğəmbər (s) buyurur: Kişi üçün məkruhdur ki, möhtəlim olandan sonra qüsl verməmiş yaxınlıq etsin. Möhtəlim olandan sonra qüslsüz yaxınlıq etsə və dünyaya dəli övlad gəlsə yalnız özünü məzəmmət etsin.
Təzə gəlin ilk həftədə...
Həzrət Peyğəmbər (s) buyurur: Ey Əli! Təzə gəlinə ilk həftədə süd, sirkə, kişniş, turş alma vermək olmaz. Çünki bunları yediyi zaman uşaqlığı soyuyar, sonsuz olar. Sirkə içsə iltihab yaranar və heç vaxt kamil paklanmaz. Kişniş heyz qanı gətirər, doğuşu çətinləşdirər. Turş alma heyz qanının qarşısını alar, xəstəlik yaradar.
Heyz vaxtı qadağa...
Həzrət Peyğəmbər (s) buyurur: Kim zövcəsi ilə heyz vaxtı yaxınlıq etsə və övladı cüzam ya ala vəziyyətdə dünyaya gəlsə yalnız özünü məzəmmət etsin... Həzrət (s) buyurur: Ey mənim ümmətim! Allah sizin üçün 24 şeyi bəyənməyib və qadağan edib. Bunlardan biri heyz zövcə ilə yaxınlıqdır. Bu halda uşaq dünyaya xəstə vəziyyətdə gəlsə müqəssir özüdür.
Sidik gələn zaman...
Həzrət Peyğəmbər (s) buyurur: Bayıra çıxmağı gələn adam bu işi görməmiş yaxınlıq etsə babasil yaranar. Sidiyi gələn halda yaxınlıq edən şəxsin dişinin dibi və məxrəcində xəstəlik yaranar.
Sünnət lazımdır?
Allah-Taala dost adlandırdığı Həzrət İbrahimə (s) İslam ayinlərini göndərdi. Ona bığı və dırnaqları qısaltmağı, bədən tüklərini qısaltmağı və sünnət etməyi göstəriş verdi... Həzrət (s) buyurur: Övladlarınızı doğulandan sonra yeddinci gündə sünnət edin. Bu paklıq yaradar, uşağı ətə-qana gətirər.
Görmə qabiliyyətini gücləndimək üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Daim Qurana baxan insan nə qədər ki, həyatdadır gözləri görəcək... Həzrət (s) buyurur: Qurana baxmaqla onu oxuyanın görmə qabiliyyəti qorunar.
Göbələk və göz...
Həzrət Peyğəmbər (s) buyurur: Göbələk behişt bitkilərindəndir. Göbələk suyu göz üçün faydalıdır... Göbələyin suyu gözə şəfa verər.
Heyva və göz...
Həzrət Peyğəmbər (s) buyurur: Heyva yeyin, bir-birinizə heyva bağışlayın. Çünki heyva gözü işıqlandırar, qəlbdə məhəbbət yaradar... Həzrət (s) buyurur: Heyva yemək gözün qaranlığını aradan qaldırar.
İmam Hüseynə (ə) tövsiyələr...
Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurdu: Övladım arxan üstə yat ki, qarnın kiçik olsun. Suyu aram iç ki, ləzzət alasan. Sürmə çək ki, gözlərin işıqlansın. İki gündən bir bədəninə yağ çək ki, peyğəmbər sünnəsinə əməl etmiş olasan.
Yeməkdən əvvəl və sonra...
Yeməkdən əvvəl və sonra əlləri yumaq yoxsulluğu, qəm-qüssəni aradan qaldırır, gözlərə sağlamlıq verir.
Hamilə qadın üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Hamilə qadına kundur verin. Əgər bətindəki uşaq kundurla qidalansa ürəyi möhkəm, düşüncəsi güclü olar. Övlad oğlan olsa cəsarətli, qız olsa gözəl olar.
İlk dəfə xurma...
Həzrət Peyğəmbər (s) buyurur: Övladlarınızın ağzını xurma ilə açın. Həzrət Peyğəmbər (s) Həsənə beləcə xurma verdi...
Doğuşdan sonra...
Yeni doğmuş qadın üçün xurmadan, xəstə üçün baldan faydalı şey yoxdur... Həzrət (s) buyurdu: Yeni doğmuş qadının ilk yediyi şey xurma olsa yaxşıdır. Allah-Taala Məryəmə buyurdu ki, ağacın budağını silkələ, təzə xurma tökülsün... Yeddi ədəd Mədinə xurması, olmasa yeddi ədəd əyalət xurması yedirin. Allah buyurur ki, and olsun izzət və cəlalıma yeni doğmuş qadın xurma yesə övladı dözümlü olar.
Südün təsiri...
Həzrət Peyğəmbər (s) buyurur: Xəstə, gözü zəif qadını dayə tutmayın. Çünki südün təsiri var... Körpəyə ona süd verən qadının xüsusiyyəti sirayət edir.
Bədəndə alanın səbədi...
Beş şey bədəndə alaya səbəb olur: Cümə və çərşənbə günləri bədənə nurə çəkmək (tükü tökmək üçün), günəş altda qızmış su ilə dəstəmaz və qüsl, cünub halda nəsə yemək, heyz zövcə ilə yaxınlıq, tox ikən yemək.
Dəriyə təsirli...
Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurdu: Duzdan istifadə et, duz cüzam, dəridə ala və dəlilik də daxil olmaqla 70 xəstəliyin dərmanıdır.
Dərini necə qorumaq?
Həzrət Peyğəmbər (s) buyurur: Hər bir müsəlman həftədə bir dəfə qüsl verməli, baş və bədənini yumalıdır... Hər tükün altda cənabət var, tükləri yuyun, dərini təmizləyin.
Yorğunluğa qarşı...
Bir yerə gedəndə həmin yerin soğanından yeyin. Gözünüz işıqlanar, tükləriniz təmizlənər, belinizin suyu artar, yerişiniz itiləşər, çöhrəniz açılar, yorğunluğunuz aradan qalxar.
Zökəm və dəri xəstəlikləri...
Həzrət Peyğəmbər (s) buyurur: İnsan bədənində iki mühüm damar var. Biri cüzama səbəb olan baş damarı, biri dəridə ala yaradan bədən damarı. Əgər baş damarında fəsad yaransa Allah zökəm xəstəliyi ilə onu sağaldar. Əgər bədən damarında fəsad yaransa Allah kurək xəstəliyi ilə onu aradan qaldırar. Buna görə də zökəm və kurək olanda Allaha şükür edin.
Bir daha ət və süd haqqında...
Həzrət Peyğəmbər (s) buyurur: Ət və süd bədəni ət-qana gətirər, sümükləri möhkəmləndirər. Eləcə də ət görmə və eşitmə qabiliyyətini artırar.
Babasilə qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Babasil xəstəliyini aradan qaldırmaq üçün təzə ya quru əncir yeyin. Əncir cinsi qabiliyyəti artırar, soyuqdəyməni aradan qaldırar.