Размер шрифта:
A+
A
A-
29 Май 2015

Ariflər çətinliklər qarşısında

Kaşifül-Qitanın oğlu gecə namazında
Mərhum Kaşifül-Qita buyurdu: Oğlum! Yaxşı fikirləş, bu kiçik bir məbləğ müqabilində gecənin bu vaxtı yuxudan oyanıb gəlib burada əyləşib. Sən bu şəxs qədər Allaha inanmırsan? Gecə ibadətə qalxanlar barədə vədinə inanmırsan?!
Fars İnformasiya Agentliyi çox maraqlı bir insan, böyük alim, Şeyx Əkbər və Kaşifül-Qita adları ilə tanınan insandan söz açır. Bu şəxs Malik Əştər Nəxəinin oğlu İbrahimin nəslindəndir. Əsl adı Şeyx Cəfər ibn Xızr Malikidir. Hicri 13-cü əsrin böyük şiə alimlərindəndir. Vəhid Bəhbəhani, Seyyid Mehdi Bəhrül-Ülumun şagirdlərindəndir.
O ömür boyu Əhli-Beyt (ə) məktəbinə xidmət göstərib. Hicri-qəməri 1228-ci il, rəcəb ayının 22 ya 27-də, çərçənbə günü 74 yaşında dünyasını dəyişib.
Kaşifül-Qita haqqında, onun kəramətləri barədə söhbətlər çoxdur. Mərhum Şeyx Cəfər Kəbir Kaşifül-Qita bir gecə namaza qalxdı. Oğlunu yuxudan oyadıb dedi: Qalx gedək hərəmdə namaz qılaq. Təbii ki, bir gənc üçün gecəyarı oyanmaq çətin idi. O atasından üzr istəyib dedi: Siz məni gözləməyin, mənim üzrüm var. Mən sonra gələrəm... Alim dedi: Mən səni gözləyirəm. Ayağa qalx hazırlaş, birlikdə gedək ...
Oğlu məcbur qalıb ayağa qalxdı, dəstəmaz alıb atası ilə yola düşdü. Hərəmə çatanda bir kənarda yoxsul kişi əyləşib yoldan ötənlərdən kömək istəyirdi. Alim onun yanında dayanıb oğluna dedi: Bu şəxs gecənin bu vaxtı burada nə üçün dayanıb? Oğlu dedi ki, xalqdan kömək istəyir. Alim buyurdu: Səncə, burada durduğu müddətdə nə qədər pul əlinə gələr? Oğlu dedi ki, bir tümən toplaya bilər. Mərhum Kaşifül-Qita buyurdu: Övladım! Yaxşı fikirləş, bu insan kiçik bir məbləğdən ötrü yuxusuna haram qatıb, gəlib bu güşədə əyləşib ki, insanlardan kömək istəsin. Sən bu şəxs qədər Allaha inanmırsan? Gecə ibadətə qalxanlar barədə vədinə inanmırsan?! Sonra şeyx gecə yarı ibadətə qalxanlar barədə ayə oxudu. Bəli, kimsə bilmir ki, onların gözünə nur olacaq necə bir mükafat hazırlanıb!
Nəql edirlər ki, atasının bu sözləri oğlunun yatmış qəlbini oyatdı. Həmin gündən başlayaraq gecə namazını tərk etmədi.
...Alimin yaxınları xəbər tutdular ki, xanımı ona əziyyət verir. Amma məsələnin təfərrüatını bilmirdilər. Çox maraqlandılar. Başa düşdülər ki, alim evə qədəm qoyduğu andan bu qadın ona əzab verir. Bir gün toplaşaraq alimin xidmətinə gəldilər və dedilər ki, xanımınız haqqında bu sözləri eşitmişik, sizin fikrinizi bilmək istəyirik. Alim buyurdu ki, bəli, xanımım əsəbləşəndə mənə çox əziyyət verir. Amma nə edə bilərəm?! Gələnlər dedilər ki, əgər islah olmursa onu boşayın, ya da icazə verin xanımlarımızı göndərək onu ədəbləndirsinlər... Alim buyurdu ki, nə boşayaram, nə də bu işə icazə verərəm. Bu qadın mənim üçün Allahın bir nemətidir. Mən Əmirəlmömininin (ə) səhnəsinə gedir orada cəmiyyət namazına dayanıram, arxamda böyük izdiham sıralanıb. Yəqin ki, bir zərrə də olsa mənə qürur gəlir. Amma evə qayıdanda qadının zoru sayəsində başa düşürəm ki, mən heç kiməm.

Vilayet.nur-az.com
5789 dəfə baxılıb
ожидание...