Bu, səhv anlaşılmasın, mən heç kimə elmi anarxizmi və mənasız danışmağı tövsiyə etmirəm. Hər hansı sahədə elmsiz şəxslər yenilik etmək istəsələr, cəfəngiyyata üz tutmalı olacaqlar. Biz bəzi humanitar və dini elmlərdə bunu görməkdəyik. Məlumatsız şəxslər yetərli savada malik olmadan işə girişir, danışır və yenilik etdiklərini xəyal edirlər. Bu isə əslində, yenilik deyil, cəfəngiyyatdır. Mən elm sahəsində bunu tövsiyə etmirəm. Xeyr, öyrənmək lazımdır. Lakin yalnız digərlərinin elmi nailiyyətlərinin istehlakçısı olmaq lazım deyil. Elmi sözün həqiqi mənasında istehsal etmək lazımdır. Bunun üçün isə metod və qaydalar lazımdır. Mühüm odur ki, elmi yenilik ruhiyyəsi universitetdə dirçəlsin və yaşasın. Mən xoşbəxtlikdən, tələbələrdə bu həvəsi hiss etmişdim, indi müəllimlərdə də görürəm. Bunlar əl-ələ verib ölkənin elmi səviyyəsini yüksəltməlidirlər.
Elm imanın hidayəti ilə, düzgün duyğularla, aydın və ayıq məlumatlarla birgə olsa, böyük möcüzələr edəcək...
Ayətullah Xamenei
Vilayet.nur-az.com