Azərbaycanda İslam uğrunda qurulan müqavimət hərəkatı artıq Şəhidlərimizin qanı ilə bəzənib
Allahın adı ilə.
Biz özümüzü Nardaranın qeyrətli xalqına borclu bilirik!
Bü gün tutduğum siyasi xətdən asılı olmayaraq bizim vəzifəmizdir ki, qəhrəman Nardaranlılardan himayət edək. Bu ağır günlərdə maddi və mənəvi yardımlarımızı onlardan əsirgəməyək.!
Nardaran Azərbaycanın qeyrətli müsləman xalqının döyünən ürəyidir.
Allah Hacı Əlikramı rəhmət etsin. Bu kişinin zəhmətləri nəticəsində Azərbaycanda ilk İslam Hərəkatı quruldu. Bu hərəkatın ocağı olan Nardaran əvvəl günlərdən təzyiqlərə məruz qaldı. Qazı kəsildi, işığı kəsildi, kişiləri şərlənərək həbs edildi. Bunların hamısı vətənimiz Azərbaycanda yaşayan müsəlman xaqımıza milli mənəvi dəyərlərinin qoruması uğrunda oldu.
Nardaranı sındıra bilməyən rejim. Radikalların başçıları olan Qamət, Əlixan, Əbu-Zeydlər qala qala Əhli-Beyt evi kimi tanınan Nardaran qəsəbəsini terrorçular yuvası kimi qələmə vermək planları davam etdi və çox təəssüflər olsun ki, bəzi hacılar da naşıcasına bu planın həyata keçirməsinə yardımçı oldular. Nardaran Aşura günlərində YÜZ MİNLƏRLƏ Əhli-Beyt davamçılarının məkanına çevrilir.
Əgər Nardaranlılar terrorist yetişdirən kimi qələmə verilsə, nəticədə terrorçu vəhhabilər qala-qala Azərbaycan Şiələri və onun ruhaniləri İsrailin ölkəmizdə çirkin planının qurbanlarına çevrilib şiə məzhəbi radikal məzhəb kimi qələmə veriləcək. Vəhhabilər üçün bu boşluğu yaradan nazirlər çox yaxşı bilirlər ki, ən böyük xidməti Mossada etmiş oldular.
Hamı yaxşı bilir ki, Hacı Tale terrorçu və radikal deyil. Ola bilər kiminsə sərt çıxışları olsun. Amma bu o deyil ki, bir ruhanini və ona dayaq olan insanları sadəcə sərt danışdığı üçün radikal adlandırasan. Bu çirkin plan idi.
Mən Allaha şükür edirəm ki, Azərbaycanda İslam uğrunda qurulan müqavimət hərəkatı artıq Şəhidlərimizin qanı ilə bəzənib. Müqavimət ağacımızı öz qanı ilə suvaran bu şəhidlərin qanı yerdə qalmayacaq.
Bu şəhidlərin cənazələrini tələb etmək hər kəsin vəzifəsidir. İnşaAllah mən əminəm ki, şəhidlərimizin dəfn mərasimləri möhtəşəm şəkildə keçiriləcək.
Şəhidlərimizin topağa tökülən müqəddəs qanları Azərbaycanın müsəlman xalqını öz hədəflərinə çatmaq üçün Allah tərəfindən verilən zəmanətnaməsidir.
Mən bu cinayətləri Müqəddəs Məşhəd şəhərində mənə müraciət edən dini təhsil alan tələbələr tərəfindən sərt şəkildə pisləyirəm və Şəhid olan qeyrətli möminlərin ailələrini təbrik edib və onlara başsağığı verirəm.
Allah verdiyiniz qurbanları qəbul etsin.! AMİN
Tohid İbrahimbəyli