Размер шрифта:
A+
A
A-
25 Февраль 2016

AMANDI - Şeir

Xocalı qan yaddaşım, daim axan göz yaşım, O yerdə şəhid olmuş doğma bacım-qardaşım.
Xocalı qan yaddaşım, daim axan göz yaşım,
O yerdə şəhid olmuş doğma bacım-qardaşım.
Xocalının dağları indi çəndi, dumandı,
Unutmayaq bir an da Xocalını, amandı.

Öldürdü ermənilər günahsız insanları,
Öldürüldü cavanlar, qoca kişi, qız, qarı.
Hələ də bilinməyir çoxlarının məzarı,
Bu xalq niyə görəsən, düşməninə inandı!?
Unutmayaq heç zaman Xocalını, amandı.

Hamilə qadınların qarınların cırdılar,
İnsanları vəhşitək avtomatla qırdılar.
Dəmir boru içində çoxunu yandırdılar,
Ümid var ki, millətim bəlkə bir gün oyandı,
Unutmayaq heç zaman Xocalını, amandı.

Qarət oldu elimin dövləti də, varı da,
Tapdalandı xalqımın namusu da, arı da.
Çoxları torpaq deyib çəkir intizarı da,
Bəlkə bir də o yerdə isti ocaq qalandı,
Unutmayaq heç zaman Xocalını, amandı.

Qorxuda bilməz bizi nə rus, nə də erməni,
Endirərik düşmənə sarsıldıcı zərbəni.
Qəlbim kədərlə dolu yazıram bu cümləni,
Qarabağsız darıxır qəlbim xeyli zamandı,
Unutmayaq heç zaman Xocalını, amandı.

Körpə bala anası qucağında kül oldu,
Torpaqlara qatışdı, sonra bitib gül oldu.
Xocalının işğalı iyirmi dörd il oldu,
İllərdi ki, kimsəsiz yurdum hələ virandı,
Unutmayaq heç zaman Xocalını, amandı.

Gecənin qaranlığı qışın sərt soyuğunda,
Günahsız insanları öldürdülər bir anda.
Dağıtdılar məscidi, yandırdılar Quranda,
İnsan meyyitlərindən qorxunc tonqal qalandı,
Unutmayaq heç zaman Xocalını, amandı.

Dost olmaz ermənidən Azərbaycan xalqına,
Dostluq edən olsa, gər danlayıb onu qına!
Bu sözləri deyirəm millətin mərd oğluna,
Ermənilər zəhərli bir yumşaq ilandı,
Unutmayaq heç zaman Xocalını, amandı.

Bu millət qayıdacaq öz yurduna bir zaman,
Olmayağın heç zaman Rəbbimizə bədgüman.
Səməndər, zühur edər inşaAllah Sahibəzzaman,
Gözləyirik yolunu Onun xeyli zamandı,
Unutmayaq heç zaman Xocalını, amandı.



Kәrbәlayi Sәmәndәr Qarabağlı
9751 dəfə baxılıb
ожидание...