Размер шрифта:
A+
A
A-
02 Май 2016

Qarışqa və qələm

Ağıl, Allahın iradəsi olmadan daş kimidir
Böyük arif, şair və mütəfəkkir Mövlana Cəlaləddin Rumi “Məsnəvi” (“Məsnəvi-mənəvi” adı ilə məşhurdur) kitabında həqiqi failin Allah olmasını şer dili ilə təsvirə çəkmişdir.

Şerin məzmunu belədir: 

Kiçik bir qarışqa qələmin kağız üzərində hərəkət etdiyini və gözəl rəsmlər çəkdiyini gördü. Başqa bir qarışqaya dedi: - Bu qələm yasəmən və süsən gülləri kimi çox gözəl və qəribə rəsmlər yaradır. O qarışqa dedi: - Bu qələmin işi deyil, əsil fail barmaqdır ki, qələmi hərəkətə gətirir. Üçüncü qarışqa dedi: - Xeyir, fail barmaq deyil, qoldur. Çünki barmaq öz gücünü qoldan alır. Qarışqalar beləcə mübahisəyə davam etdilər və söz insanın daha yuxarı bədən üzvlərinə çəkildi. Nəhayət, bu məsələ qarışqaların rəisinə çatdı. O, çox müdrik və zəkalı idi. Qarışqaların rəisi dedi: - Bu məharət maddi və zahiri aləmdən güc almır. Bu, ağılın işidir. İnsanın maddi bədəni yuxu və ölümün gəlməsi ilə huşdan gedir və özündən xəbəri olmur. Bədən, təkcə geyimdir. Bu rəsmləri o insanın ağlı yaratmışdır.
Mövlana dastanın ardında deyir: - O ağıllı qarışqa da həqiqəti bilmirdi. Ağıl, Allahın iradəsi olmadan daş kimidir. Əgər Allah bir anlığa ağılı öz halına buraxsa, həmin böyük zirəng ağıl, ağrılı səhvlər və nadanlıqlar edər.

Hazırladı: Seyid Zahir
6557 dəfə baxılıb
ожидание...