Müasir tarixdə baş verən inqilablar arasında İslam inqilabları da yer alıb. İslam inqilabını digər inqilablardan fərqləndirən onun şüar və məqsədləridir. Şahid olduq ki, İran İslam İnqilabının qələbəsindən sonra xüsusilə ərəb baharı adlandırılan silsilə inqilablar qələbə qazana bilmədi. Hansı ki İranda inqilabın qələbəsi ehtimalı məsələn Misirdəkindən çox deyildi. Necə oldu ki, İran İslam İnqilabı qələbə qazandı?
İran İslam İnqilabının qəlbə amillərini nəzərdə keçirək:
1.Sabiq rejimin maliyyə və iqtisadi sahədə cinayətləri, fəsadın artması
Millətin zərərinə imperialistlərlə bağlanmış iqtisadi müqavilələr, milli sərvətin dağıdılması, idarə və müəssisələrdə rüşvətin pik həddinə çatması dövlətlə xalq arasında dərin uçurum yaratmışdı. İran xalqı belə bir vəziyyətə dözə bilmədi.
2.İdeoloji boşluq, əxlaqsızlıq, İslamla mübarizə.
İran şahı hələ meydana girəndə İslamla mübarizə aparırdı. Ömrünün sonunda da adət-ənənələr, milli mədəniyyət, dinə qarşı vuruşurdu. Ölkədə qərb mədəniyyəti deyilən əxlaqsızlıq təbliğ edilirdi. Əxlaqdan uzaq radio və televiziya verlişləri, teatr və kino, əxlaqsızlıq mərkəzlərinin artması, şahın bacı və qardaşının nəzarət etdiyi narko-biznes, 2500 il öncəki şənlik mərasimlərinin bərpası, elə bir vəziyyət yaratdı ki, nəinki İran xalqı, xarici müşahidəçilər də mövcud vəziyyətdən heyrət gəldi.
3.İdarə və müəssisələrdə yarıtmaz müdiriyyət, qanunsuzluq.
Cəmiyyət artımı, ənənəvi ictimai nizamın pozulması, bürokratiya, dəstəbazlıq, qeyri-sabitlik, quldurluq adi hal almışdı.
4.İstibdadın güclənməsi, xalqda qorxu yaradılması.
Şah rejiminin xalqa güvənməməsi səbəb oldu ki, rejim özünü qorumaq üçün xalqa təzyiqləri artırsın, həbsxanaların sayını çoxaltsın, bir sözlə polis rejimi yaratsın. Xalqa qarşı xarici kəşfiyyat orqanları, MOSSAD və CİA ilə əməkdaşlıq edilirdi, SAVAK işgəncələr və terrorla xalqı qorxu altında saxlayırdı. Bütün bunlar dövlətlə xalq arasında uçurumu dərinləşdirirdi. Həmin dövrdə həbsxanalarda həyata keçən işgəncələrlə tanış olmaq üçün siyasi məhbusların xatirələrini oxumaq lazımdır.
5.Hakimiyyət çevrəsində xaricilərin nüfuzunun artması.
Şəmsi 1332-ci il, mordad ayının 28-də qiyam baş verdi. Qiyamdan sonra şah rəsmən elan etdi ki, öz hakimiyyətinə görə Amerikaya borcludur. Artıq İranda Amerika söz sahibi olmuşdu. Şah aldadıcı islahatlar keçirir, ağ inqilab deyilən süni inqilab ortaya qoyurdu. Amerika regionda İranı jandarm kimi tanıyırdı. Amerika mədəniyyətinin təbliği üçün İran televiziyasında xüsusi şəbəkələr fəaliyyət göstərirdi. Şah işğalçı sionist rejimlə həmkarlıq edirdi. İran Omanda Amerikanın xeyrinə hərbi müdaxiləyə qatılmışdı. Bütün bunlar Amerika və qərbin İrandakı nüfuzunu göstərir.
6.İmamın rəhbərliyi və ümummilli səfərbərlik (bəsic).
İmam Xomeyni öz elmi, dini, siyasi şəxsiyyəti baxımından İnqilaba rəhbərlik etmək iqtidarında idi. Hətta qeyri-dini siyasi qüvvələr İmamın rəhbərlik bacarığını inkar etmirdi. Bir sözlə bütün xalq İmamı rəhbərliyini qəbul edirdi.
7.Ruhanilərin zülm pərdəsini yırtması.
Şiə tarixi boyu şiə ruhaniləri zülmlə mübarizə bayraqdarı olub. Şəmsi 1342-ci ildən başlayaraq bu mübarizə yüksələn xətlə gedib, İmamın inqilabi fəaliyyətləri mübarizəni zirvə nöqtəsinə çatdırıb. İmamla xalq arasında ruhanilər kimi möhkəm rabitə vardı. İmam öz nümayəndələrinə göstəriş göndərməklə bu şəbəkəni canlandırırdı. Ruhanilər minbərdə rejimin cinayətlərindən danışır, hazırkı dövrədək keçilən yolu təhlil edirdilər.
İnqilaba təsirli amillər
1.İmamın oğlu Mustafa Xomeyninin şəhadəti
İmamın böyük oğlu Mustafa Xomeyni Nəcəfdə şəhadətə çatdı. Onun əza mərasimi xalqın etirazı üçün münasib şərait yaratdı. Bu qətldə şah rejimi şübhəli sayılırdı.
2.İmamın əleyhinə çap olunmuş məqalə
ETTELAAT qəzeti 17 dey sayında "İranda qırmızı və qara irtica" başlığı altında məqalə çap etdi. Müəllif yerinə Əhməd Rəşidi adı yazılmışdı. Məqalədə İmam təhqir edilirdi. Məqalənin çapından sonra şəmsi 1356-cı il, 19 deydə Qum şəhərində bazar və mədrəsələrdə tətil oldu, böyük etiraz aksiyası keçirildi. SAVAK və polis xalqa qarşı amansızlıq göstərdi, öldürülənlər və yaralananlar oldu. Qum şəhidlərinin qırxı günü, 29 bəhməndə Təbrizdə əzəmətli etiraz aksiyası keçirildi. Dövlət məmurları xalqla amansız davrandı. Aksiyaçılar dövlət müəssisə və idarələrinə od vurdular, şəhidlər və yaralananlar oldu. Qiyamla bağlı İmam bəyanat verdi. İmam
xalqı İnqilabın qələbəsi ilə müjdələdi. Təbriz qiyamından sonra Yəzd, Məşhəd, İsfahan, Tehran və bir sözlə bütün İran ayağa qalxdı.
3.Dövlət postlarında aldadıcı və səmərəsiz yerdəyişmələr, xalq qarşısında acizlik.
Şah rejimi xalqı sakitləşdirmək üçün məsullar arasında yerdəyişmə aparırdı. Amma mahiyyət dəyişmirdi. Bu dəyişikliklərlə xalqı səhnədən çıxarmaq mümkün olmadı. Əksinə xalq hökumətin zəifliyini daha çox hiss etdi və mübarizəni gücləndirdi.
4.Fövqəladə vəziyyət və günahsız insanların qətlə yetirilməsi.
Şəmsi 1357-ci ildə fitr bayramı günü milyonlar nümayişə qatıldı. Hökumət ciddi təhlükə hiss edib fövqəladə vəziyyət elan etdi. 17 şəhrivərdə şah rejimi böyük cinayətə imza atıb etirazçıları qətlə yetirdi.
5.Məhərrəm ayı, inqilabın Kərbəla hadisəsinə bağlanması
Məhərrəm ayı etiraz aksiyaları zirvə nöqtəsinə çatdı. Şəmsi 1357-ci il Aşura günü Kərbəla təfəkküründən ilham alaln xalq meydanlara çıxdı.
6.Şah qaçdı
26 dey günü şah İrandan qaçdı, İran Milli Cəbhəsinin üzvü Bəxtiyar yeni dövlət elan etdi. Amma Bəxtiyar hökuməti mətbuat üzərindən senzuranı götürməkdə, siyasi məhbusları azad etməkdə, fövqəladə vəziyyətin ləğvində, SAVAK-ın buraxılmasında maraqlı deyildi. İmam Xomeyni müvəqqəti dövlətin yaradıldığını elan edib, inqilab şurası yaratmaqla bütün bu saxta siyasətlərə son qoydu.
7.Orduya məxsus hava qüvvələrinin İnqilaba qoşulması, İmama beyəti
19 bəhməndə orduya məxsus hava qüvvələrindən bir qrupu İmamla görüşüb ona beyət etdi. Sonra fövqəladə vəziyyət elan edildi, şah qvardiyası İmama beyət edən qrupa hücum etdi. İmam fövqəladə vəziyyətin aradan qaldırılmasını əmr etdi. Xalq ordunun inqilabi qüvvələrinə köməyə gəldi. Silahlanmış inqilabçılar xalq və ordu arasında hərəkətə başlayıb tədricən hərbi və qeyri-hərbi müəssisə və idarələri ələ keçirdilər. İran xalqı İmam Xomeyninin rəhbərliyi altında şəmsi 1357-ci il (miladi 1979) bəhmən ayının 22-də qələbə qazandı.
Nur-az.com