Dizayn incəsənətdən necə fərləndirilməlidir? Olduqca dolaşıq və aktual sualdır. Rəssam da, dizayner də ümumi baza bilikləri əsasında vizual kompozisiya hazırlayır. Amma onların məqsədi fərlidir.
Bəzi dizaynerlər özlərini rəssam hesab edir. Amma özünü dizyner sayan rəssam azdır.
İncəsənətlə dizayn arasındakı fərqi üzə çıxarmaq üçün hər iki sahənin əsas prinsiplərini nəzərdən keçirmək lazım gəlir.
Yaxşı incəsənət (sənət) əsəri insanı ilhamlandırır. Yaxşı dizayn isə motivləşdirir, həzz verir, oyadır, sövq edir.
İncəsənətin dizayndan əsas fərqi məqsəddir. Sənət əsərinin yaranışı sıfrdan (ağ kətan, ağ vərəq) başlayır. Sənət əsəri sənətkarın təsəvvürünün məhsuludur. Sənətkar əsər yaradır ki, öz hisslərini cəmiyyətlə bölüşsün. Rəssamla auditoriya arasında ən emosional rabitə yarada bilən əsər uğurlu əsər sayılır.
Dizaynerin işi yaratmaq yox, kombinasiya, müəyyən məqsədlə quraşdırmadır. Dizaynerin məqsədi motivləşdirmədir, məsələn alıcıda malı almağa maraq yaratmaqdır. Yaxşı sənət əsəri interpetisiya (individual traktovka) olunur. Yaxşı dizayn isə aydındır, başa düşülür.
Rəssam öz baxışını, emosiyasını ifadə edir. Amma bu baxış və emosiya birmənalı deyil. İnsanlar sənət əsərini fərli anlayır. Çünki interpretisiyalar, qavramalar fərlidir.
Nə üçün Da Vinçinin «Mona Liza»sı gülümsəyir? Alimlər düşünür ki, bu illüziyadır və periferik baxışdan yaranır. Romantiklər Mona Lizanın sevdiyini deyir. Skeptiklər təbəssümə səbəb olmadığını düşünür. Amma bu fikirlər yanlışdır.
Dizayn isə birmənalıdır, onda tapmaca yoxdur. Əgər dizayn hansısa formada şərh edilirsə, dizayner müvəffəq olmayıb. Dizaynın fundamental məqsədi istifadəçini həvəsləndirməkdir.
Yaxşı dizayn fərqli qavranılmır, istifadəçiy dizaynerin dəqiq ideyasını ötürür.
Yaxşı sənət əsəri zövq göstəricisidir. Yaxşı dizayn mövqedir.
1999-cu ildə Treysi Eminin (Tracey Emin) «Mənim çarpayım» (My Bed) rəsmi “Turner Prize” mükafatına seçildi. Bu əsər yeni entizuastlara böyük sənət əsəri, ənənəvi sənətkarlara təhqiredici görünə bilər.
Dizaynda zövq elementi var. Nəzərdə tutulmuş məqsədi ifadə edən dizayn zövqünüzü oxşamasa belə uğurludur.
Yaxşı sənət əsəri talant, istedaddır. Yaxşı dizayn isə məharətdir, kombinasiya məharəti.
Rəssamda təbii istedadadlar var. Sənətkar işləməklə öz istedadlarını çiçəkləndirir. Rəssamən qiyməti onun fitri istedadındadır. Fitri istedadsız bütün məharətlər rəssamlıq üçün yararsızdır.
Dizayn məharəti isə öyrənilə, öyrədilə bilər. Böyük dizayner olmaq üçün böyük rəssam olmaq lazım deyil. Dizaynı yaxşı öyrənmək bəs edir.
Dünyanın məşhur dizaynerləri öz stilləri ilə tanınır. Onlar rəng və teksturadan çox istifadə etmir. Onlar ölçülərə çox diqqətlidir. Elementlər arasında məsafənin düzgün təyinini dizaynda mühüm şərtdir.
Yaxşı sənət əsəri müxtəlif insanlara fərqli informasiya verir. Yaxşı dizaynın informasiyası dəyişməzdir.
Vizual kompozisiya konkret informasiya ötürür. Dizayn isə informasiya yığılmış pəncərədir.
Rəssam əsəri satmaq, cəmiyyətə xidmət üçün çəkmir. Sənətkarın işdə əsas məqsədi öz hisslərini ifadə etməkdir.
Sözsüz ki sənətlə dizayn arasında müştərək nöqtələr var. Bununla belə sənət individualdır və ciddi reaksiya yaradır.
Kreyq Elimeliah (Craig Elimeliah) bu mövzunu AİGA-da fantastik məqaləsində işıqlandırır: “Mən özümü nəyin sənət olub-olmadığını təyin etmək istəyən ekspert kimi görmürəm. Amma incəsənəti dizayndan ayıran xətti görmək asandır. Mühəndis gözəl sayt yarada bilər. Bunun üçün ona təlimat vermək bəs edir. Rəssama təlimat vermək olmaz. Ona emosiyaları, qəlbi diktə edir. Kimsə mütləq unikal, qeyri-adi əsərə görə rəssamı qınaya bilməz. Rəssamı rəssam edən fitri istedaddan gələn unikallıqdır.”
Nur-az/habrahabr