İmam Xomeyninin (r) nəvəsi Seyid Əli Xomeyni Qaimşəhrdə Ayətullah Salehi Mazandaraninin əza mərasimində çıxışında deyib:
Dövlət məsulları xalqın malı və şəxsiyyətinin keşiyində durmalıdır. Onların özləri üçün kosmik əməkhaqqı nəzərdə tutmaq haqqı yoxdur... Cənab Rəhbər Ayətullah Xameneinin kosmik əməkhaqları ilə bağlı münasibəti misilsiz və bizim üçün ibrətamiz oldu. Rəhbərin təbirincə, kosmik əməkhaqları dəyərlərə hücumdur... Düşmən mövzunu şişirdib bütün məsullara münasibətdə xalqı bədbin edir. Amma Rəhbər böyük uzaqgörənliklə təmiz vicdanlı məmurların müdafiəsinə qalxdı, cinayətə yol verənlərin cəzalandıralacağını vəd etdi...
Bizim üçün sağlar-sollar fərq etməz, hər dövlətdə xadimlərlə yanaşı xainlər var.
İmamın nəvəsi olmaq məsuliyyət yaradır. Allah eləməmiş səhv addım atsaq, İmam o dünyada yaxamızdan tutar...
Xaricdə plan cızırlar ki, qardaşım Seyid Həsən Xomeynini Rəhbərdən uzalaşdırsınlar. Amma bilsinlər ki, İmamın ailəsi Rəhbərə arxadır. Rəhbər bizə göstərdiyi diqqəti kimsəyə göstərməyib!
Vilayet.info