Размер шрифта:
A+
A
A-
17 Август 2016

Böyük şeytanın kino industriyası

Kameralar yataq otağına daxil olanda...
Amerikanın siyasəti bütün güc və siyasətləri özündə həzm etməkdir. Onlar öz müttəfiqlərinə də rəhm etmir. İqtisadiyyatları, mədəniyyətləri, incəsənətləri bu siyasətə xidmət edir. Bu gün Avropa Hollivudun – Amerika kino sənaye şəbəkəsinin əlindən nalə çəkir. Dini dəyərlərin qəddar düşməni olan sionist yəhudilər 19-cu əsrin sonlarında Amerikaya yol tapdılar. Amerikada bank, informasiya, kino şəbəkəsini quran onlar oldu. Holluvudu yaradanların əksəri şərqi avropadan mühacirət etmiş yəhudilər idi. Onlar ictimai fikrə hakim olmağa qərar vermişdilər və bu yolda Hollivud kəsərli silah oldu. Hollivud ilk filmlərində ailə ənənələrinə toxunmadı. Kino kamerası 30-cu illərdə yataq otağına daxil oldu. Rick Altman The American Film Musical kitabında Amerika siyasətinin Hollivud vasitəsilə zehnləri necə dəyişməsindən söz açır. Hollivud Yeni Amerika Mədəniyyəti yaradılmasına və bu mədəniyyətin ilk növbədə Avropaya ötürülməsinə xidmət etdi. CİA və Pentaqon dünyanın 87 ölkəsində Hollivud filmlərini yaymaq üçün layihələr həyata keçirdi. Avropalılar öz övladlarına Amerika filmlərini qadağan edəndə artıq gec idi. Amerika mahiyyəti amerikalaşmaqdan ibarət qloballaşmanı Hollivud dalğalarına süvar etdi. Amerikasayağı azadlıq yolunda səlib müharibəsi başladı. Fransanın ən məşhur kino mütəxəssisləri Avropa kinosunun NATO tərəfindən işğal edildiyini düşünür. Hədəf əxlaq, ailə, dəyərlərdir.

Vilayet.info
6287 dəfə baxılıb
ожидание...