Размер шрифта:
A+
A
A-
12 Март 2014

Üç şəhid anasının Eştona məktubu

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştonun İrana qəfil və müəmmalı səfəri dünyada birmənalı qarşılanmayıb. Əslində Cenevrə müzakirələri ilə bağlı İran rəsmiləri ilə görüş keçirməli olan Avropa diplomatı birliyin riyakar siyasətinə uyğun olaraq müxalifətlə bir araya gəlib. Hansı ki, belə bir görüş İran Xarici İşlər Nazirliyi ilə razılaşdırılmayıb. Beləcə şəmsi 1388-ci ildə İranda baş vermiş təxribat iştirakçıları ilə görüş İran hökumətini narazı salıb.

Ketrin Eştonun İranın fitnəkar müxalifətçiləri ilə görüşündən hiddətlənənlər arasında bir şəhid anası da var. İslam İnqilabı yolunda qardaşı və üç oğlunu şəhid vermiş xanım Bəhreyni Eştona məktub ünvanlayıb. Xanım Bəhreyni yazır:

Xanım Eşton, salam!

Öz ənənələrimizə uyğun olaraq sizə xoş gəldin deyir və əsas mövzuya keçirəm.

Mən övladını İslam İnqilabı yolunda qruban vermiş bütün anaların təmsilçisi olaraq sizə üz tuturam. Bu analar arasında hələ də gözü yolda olan, övladının yolunu gözləyənlər var.

Siz elə bir şəhərə qədəm qoymusunuz ki, onun hər məhəlləsi, hər küçəsində İraq müharibəsinin izləri var. Sizin qədəm qoyduğunuz ölkənin səmasında şəhidlərin ruhu dolaşır. Ey kaş öz əyləncəli görüşlərinizlə yanaşı şəhidlər xiyabanına da baş çəkəydiniz. Şəhidlər xiyabanına getsəydiniz İranın bu müqəddəs amallar yolunda necə qurbanlar verdiyini görərdiniz. Görəcəyiniz baş daşları üzərindəki tarixlər onların 13-16 yaşında olduğunu göstərir.

Sizin təmsil etdiyiniz ölkələr təcavüzkar Səddam Hüseynə silah verəndə sizin harada olduğunuzu bilmirəm. Amma istərdim ki, Amerikanın Avropanın əməllərini yaxından görmək üçün kimyəvi silahdan zəhərlənmiş veteranlarımızla görüşəydiniz.

Xanım Eşton! Övlad itkisinin ana üçün nə olduğunu bilirsinizmi? Bilin ki, İranda üç, dörd və daha artıq övladını Allah yolunda, İmam Xomeyninin əmri ilə qurban verən analar var. Onlar bu işi gördülər ki, Səddam və onu himayə edən ABŞ və Avropa İslama zərbə vura bilməsin. Bilin ki, əgər yenidən müharibə başlasa, bütün dünya İrana qarşı dayansa, həzrət Xameneinin bir çağırışı ilə bir ağızdan ləbbeyk deyərik, Avropa və Amerika kimi imperialistlərin ağzını yumarıq.

Xanım Eşton! İrandakı görüşlərinizdə insan haqlarından danışdığınızı, fəal ictimaiyyətçi qadınlarla görüşdüyünüzü eşitdim. Hansı insan haqlarından danışırsınız?! Əgər günahsız insanların qətliamını, başının kəsilməsini, ciyərinin dişə çəkilməsini insan haqlarından sayırsınızsa qoy bu haqlar sizin olsun. Dinc-yanaşı yaşamaq, dostluq, insani dəyərlərdən söz açırsınızsa, bilin ki, İran bu dəyərlərin sahibi və təbliğatçısıdır. Siz özünüzü bu məktəbin şagirdi saysanız yaxşı olar. Biz sizin və sizin rəhbərlərinizin tanıdığı insan haqlarının dadını bütün vücudumuzla hiss etmişik. Torpaq altda yatan əziz övladlarımız sizin insan haqları dediyiniz cəfəngiyyatın qurbanlarıdır.

Xanım Eşton! Fəal qadınlarla görüşmüsünüz. Siz kimi fəal sayırsınız? Bu ölkədə 8 il ardıcıl analar övladlarını din və vətən yolunda döyüşə göndərib. Bu ölkədə müharibədən və inqilabdan 30 il sonra oğullardan analara qalan təkcə ad yazılmış lövhəcik olub. Onlar boş tabutları çiyinlərinə alıblar və nəyimiz varsa inqilaba və rəhbərə qurban deyiblər.

Xanım Eşton! Biz Rəhbərimizin yolunda döyüşməyə hazırıq, nə geri çəkilmişik, nə də sizin düşmənçiliklərinizi yaddan çıxarmışıq. Əmr olunan gün qarşınızda elə dayanacaqğıq ki, tarixin səhifəsinə növbəti Bədr və Aşura yazılacaq. Hörmətlə, Siddiqə Sadat Bəhreyni.

Şəhid Məhəmməd, şəhid Əkbər, şəhid Əbülfəzlin anası, şəhid Seyid Rizanın bacısı.

Nur-az.com/598.ir
6453 dəfə baxılıb
ожидание...