Üzüm və qarpız mənim ümmətimin baharıdır.
Peyğəmbər (s) buyurur: Üzüm və qarpız mənim ümmətimin baharıdır.
Yenə buyurur: Əgər hamilə qadın qarpızı pendirlə birlikdə yesə, övladının siması və əxlaqı gözəl olar.
Yenə buyurur: Yeməkdən öncə qarpız yemək insanın daxilini yuyur və ağrını aradan qaldırır.
Yenə buyurur: Sizə sifariş edirəm qarpız yeməyi. Çünki qarpızda on fayda vardır:
1.Yeyəcəkdir.
2. İçəcəkdir.
3. Yuyucudur.
4. Ətirdir.
5. Sidik kisəsini yuyur.
6. Qarını yuyur.
7. Bel suyunu çoxaldır.
8. Cinsi qabiliyyəti artırır.
9. Soyuqluğu aradan qaldırır.
10. Dərini gözəlləşdirir. (Qeyd edək ki, sonuncu hədis yemiş barəsində də gəlmişdir.)