Размер шрифта:
A+
A
A-
05 Сентябрь 2016

Valideyn nemətinə görə şükür

Valideynin övladla pis rəftarı da övlada haqq vermir ki, pis rəftara eyni şəkildə cavab versin.
Şükrü insana vacib edən ayələrdən birində buyurulur: “İnsanı ata-anasına tapşırdıq. Anası ona hamilə oldu. Süstlük üstdən süstlük, (süddən) ayrılması iki il çəkdi. Mən və ata-anan üçün şükür et. Qayıdış yalnız mənə doğrudur. Əgər həmin iki şəxs nadanlıqları səbəbindən çalışsalar ki, nəyisə mənə şərik qoşasan, onlara itaət etmə. Amma dünyada onlarla xoş rəftar et...” (“Loğman”, 14, 15)

Ayədə bütün insanlara müraciət olunur. Heç bir şərtsiz valideynə görə şükür etmək vacib sayılır. Belə bir əmrdən üz çevirmək haramdır və kəbirə günahlardan sayılır.
Əgər ayəyə diqqət yetirsəniz görərsiniz ki, Allah-təala valideynə ehsandan danışarkən heç bir şərt qoymur. Məsələn, qeyd olunmur ki, valideyn mömin olduqda ona ehsan edilməlidir. Ata-ana nə qədər ki, sağdır ona ehtiram göstərilməlidir. Valideynin övladla pis rəftarı da övlada haqq vermir ki, pis rəftara eyni şəkildə cavab versin.
Allahın bu əmri ən ağır əmrlərdəndir və onun icrası kifayət qədər çətindir. Bu vəzifədən heç vəchlə boyun qaçırmaq mümkün deyil. İmam Sadiq (ə) buyurur: “Bir şəxs peyğəmbərin xidmətinə gəlib dedi: “Ey Allahın Rəsulu (s) mənə nəsihət ver.” Həzrət buyurdu: “Hətta odda yandırsalar, işgəncə versələr belə, Allaha şərik qoşma, döz. Ata-anana tabe ol, onlara ehsan et. Dünyadan köçsələr də ehsanı dayandırma...” (“Əl-kafi”, 2-158)
İlkin İslam dövründə Allahın xüsusi diqqət yetirib salam verdiyi dörd nəfərdən biri Miqdad idi. Bir gün Miqdad savaşın qızğın yerində Peyğəmbərə (s) dedi: “Atam düşmən cəbhəsində bizə qarşı vuruşur. Ona hücum etməyə icazə verirsinizmi?” Həzrət buyurdu: “Qoy bu işi başqaları görsün. Əgər Allah yolunda atanı öldürsən ömrün qısalacaq!” Bəli, Allah ata-anaya belə bir haqq vermişdir. İstər müsəlman, istər kafir valideynə ehtiram vacibdir!
5856 dəfə baxılıb
ожидание...